• $
  • £

ABB rəqəmsal bankçılıqda liderdir!

ABB rəqəmsal bankçılıqda liderdir!
18.02.2025 10:48

Bankların rəqəmsal inkişaf səviyyəsinin müəyyənləşdirilməsi sahəsində dünyanın ən böyük araşdırması olan "Deloitte Digital Banking Maturity 2024" (DBM-2024) hesabatı yayılıb. Müştərilərə ən yaxşı rəqəmsal təcrübə təqdim etməyi əsas strateji hədəflərindən elan etmiş ABB də hesabatın nəticələrinə görə müxtəlif meyarlar əsasında ölkə üzrə lider mövqedə qərarlaşıb. 

DBM hesabatlarının hazırlanmasında məqsəd bankların rəqəmsal kanallar üzrə inkişaf səviyyəsini ölçmək, onları qlobal və regional səviyyədə müqayisə etmək, ən yaxşı təcrübələri ortaya çıxarmaqdır. 

Araşdırmalarda bankların müştəriyönümlü rəqəmsal strategiyaları, innovativ həll yolları və rəqəmsal xidmətlərdə üstünlük verdikləri əsas trendlər təhlil olunur. Beləliklə, bankların hansı strategiyalarla uğur qazandıqları göstərilir. Eyni zamanda, innovativ texnologiyaların bank sektoruna təsirlərinə diqqət yönəlir. 

Araşdırmalar ölkələr və regionlar üzrə böyük, orta, kiçik bankların rəqəmsal təcrübələri əsasında aparılır. Məlumatlar kənar və müstəqil qiymətləndiricilər tərəfindən 1005 funksionallıq üzrə müştəri təcrübələrinə əsaslanan açıq mənbələrdən toplanır. Bu funksionallıqlar həmçinin, bankların rəqəmsal kanallarını, yəni mobil bankçılığı, İnternet Bankçılığı da əhatə edir. 

DBM-2024 araşdırması dünyanın 44 ölkəsindən 349 bankı əhatə edib. Bu zaman 6 əsas istiqamət üzrə suallar cavablandırılıb. Bura “Məlumatlılıq, “Hesab açmaq”, “Müştəriyə tanıtım”, “Gündəlik bankçılıq”, “Bankdankənar xidmətlər”, “Hesabın bağlanması” istiqamətləri daxildir. 

Bu istiqamətlərin hər biri üzrə toplanmış ümumi ballara əsasən, rəqəmsallaşma sahəsində lider bankların qlobal reytinqi hazırlanıb. ABB də müxtəlif meyarlar üzrə ən yüksək balları toplayaraq ölkə üzrə lider banklar qrupunda qərarlaşıb. DBM-2024 hesabatı və araşdırmanın ümumi nəticələrini şərh edən məqalə ilə buradan tanış ola bilərsiniz. 

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

 


 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
İqtisadiyyat 10:50
"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb


Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
İqtisadiyyat 09:45
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Qızıl və gümüş ucuzlaşır
İqtisadiyyat 09:34
Qızıl və gümüş ucuzlaşır

“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
İqtisadiyyat 09:11
“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:09
Bu günə olan məzənnə açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol