• $
  • £

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql olunan qazın həcmi azalıb

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql olunan qazın həcmi azalıb
18.02.2025 14:41

2024-cü ilin yanvarında ölkədə magistral qaz kəmərləri ilə 3 562,6 milyon kubmetr qaz nəql edilib. bu da əvvəlki il ilə müayisədə  8% azalıb. Bu barədə Dövlət Statistika Komitəsindən  bildirilib.

Məlumata görə, qaz nəqlinin 46,4%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Belə ki, hesabat dövründə bu kəmərlə 1 651,5 mln. kubmetr qaz ötürülüb (13,7%-lik azalma olub).

2024-cü ildə Azərbaycanda 29 milyon 63,01 min ton neft (kondensatla birlikdə) hasil edilib ki, bu da 2023-cü illə müqayisədə 3,6 % azdır.

2024-cü ilin ilk 3 ayında   ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 20 milyard standart kubmetr qaz və 3 milyon tondan çox (təqribən 26 milyon barel) kondensat hasil edilib. Keçən ilin uyğun dövründə bu göstərici 20 milyard standart kubmetr qaz və 3 milyon tondan çox (təqribən 27 milyon barel) kondensat təşkil edib.  Bu barədə BP yaydığı hesabatda bildirilib.  

"Şahdəniz"də : bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO (10,00%), MVM (5,00%) şirkətləri paya malikdir. 

2024-cü ilin üçüncü rübündə Şahdəniz 2 layihəsi çərçivəsində aparılan işlər şərq-şimal cinahından üçüncü quyunun işə salınması istiqamətində irəliləyib.

Aytac Zeyalova

Oxşar xəbərlər
Oxşar xəbərlər

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
İqtisadiyyat 10:50
"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb


Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
İqtisadiyyat 09:45
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Qızıl və gümüş ucuzlaşır
İqtisadiyyat 09:34
Qızıl və gümüş ucuzlaşır

“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
İqtisadiyyat 09:11
“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:09
Bu günə olan məzənnə açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol