• $
  • £

Yanvarda ölkədə neft və qaz istehsalı azalıb

Yanvarda ölkədə neft və qaz istehsalı azalıb
18.02.2025 14:55

2024-cü ilin yanvarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 3 346 miyon manat olub, bu da əvvəlki ilin müvafiq ayına nisbətən 5% azdır.

Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilib.

Bildirilib ki, ümumi göstəricidən 3 108,4 milyon manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 5,9% azdır.

“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 6,6%, əmtəəlik qaz hasilatı isə 4,8% azalıb”, - məlumatda qeyd olunur.

Məlumatda qeyd olunur ki, hesabat dövründə Azərbaycanda cəmi 2 308,2 min ton neft (6,5% azalma) və 3 978,9 mln. kubmetr qaz (6,4% azalma) hasil edilib.

Ötən il əmtəəlik neft hasilatı 28 997 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 38 668,6 mlrd. kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin göstəricidi ilə müqayisədə 3,6% azalıb, əmtəəlik qaz hasilatı isə 6,2% artıb.

Azərbaycan enerji bazarlarını dəstəkləmək üçün neft hasilatını məhdudlaşdıran aparıcı neft istehsalçılarının daxil olduğu OPEC+ qrupunun üzvüdür

OPEC+ sazişi çərçivəsində Azərbaycan üçün 2024 və 2025-ci illər üçün müəyyən edilən 551 min barrellik hasilat kvotasından aşağıdır.

Ötən ilin yanvar-sentyabrda neft ixracı keçən ilki 19 milyon tondan 17,9 milyon tona düşüb. 

Həmin dövrdə Avropaya qaz ixracı ötən ilin eyni dövründəki 8,6 milyard kubmetrdən 9,4 milyard kubmetrə yüksəlib.

Aytac Zeynalova

 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
İqtisadiyyat 10:50
"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb


Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
İqtisadiyyat 09:45
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Qızıl və gümüş ucuzlaşır
İqtisadiyyat 09:34
Qızıl və gümüş ucuzlaşır

“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
İqtisadiyyat 09:11
“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:09
Bu günə olan məzənnə açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol