• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

İncəsənət Gimnaziyası niyə təmir olunmur - Şikayət/Açıqlama

İncəsənət Gimnaziyası niyə təmir olunmur - Şikayət/Açıqlama
20.02.2025 09:14

Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasında təhsil alan şagirdlərin valideynləri gimnaziyanın təmirə başlamamasından narazıdırlar. Bu barədə həmin təhsil müəssisəsində təhsil alan şagirdlərin valideynləri anews.az-a müraciət edərək bildiriblər. 

"Bir il öncə bizə bildirildi ki, mətəb təmir olunur. Növbəti tədris ilində uşaqlar daha yaxşı şəraitdə təhsil alacaqlar. İndi məlum olur ki, həmin məktəbdə təmir işlərinə belə başlanılmayıb. Uşaqlarımızı şəhərdə 189-190 saylı məktəbə köçürüblər. Orda musiqi, rəqs dərslərinin keçilməsi üçün şərait yoxdur. Eyni zamanda uşaqlar həmin məktəbin ikinci növbəsi oxuyur. İkinci növbə zamanı istilik sistemi söndürülür və nəticədə bizim uşaqlar soyuq siniflərdə dərs keçməyə məcbur olur", - valideynlər qeyd edib. 

Gimnaziyanın təmir olunması ilə bağlı Məktəbədəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası binasının bərpa-gücləndirilməsi çərçivəsində layihə işlərinin təkmilləşdirilməsi həyata keçirilir.  Proses başa çatdıqdan sonra müvafiq sənədlər aidiyyəti dövlət qurumlarına təqdim ediləcək və təsdiq olunduqdan sonra əsaslı təmir işləri davam etdiriləcək.

Eyni zamanda 189-190 saylı məktəbdə istiliyin dayandırılması ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən sorğuya cavab olaraq qeyd olunub ki, ötürücü xətlərin bir hissəsində meydana çıxan problemlə əlaqədar məktəbin bir neçə sinif otağına istiliyin verilməsi qismən məhdudlaşıb. Məsələ tam nəzarətə götürülüb və qısa zamanda qarşıya çıxan problemin operativ həlli üçün zəruri tədbirlər görüləcək. 

1959-cu ildə yaradılan İncəsənət Gimnazisiyası Azərbaycanın orta incəsənət təhsil məktəblərindən biridir. 

 

Gülnar Nazimqızı 

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
DYP sürücülərə müraciət edib
Cəmiyyət 10:26
DYP sürücülərə müraciət edib
Qobustanda əməliyyat - Xeyli silah-sursat tapılıb
Cəmiyyət 10:05
Qobustanda əməliyyat - Xeyli silah-sursat tapılıb
Balakəndə 4 otaqlı ev yanıb
Cəmiyyət 22:52
Balakəndə 4 otaqlı ev yanıb
Qubada zəlzələ olub
Cəmiyyət 22:25
Qubada zəlzələ olub
DİN, Baş Prokurorluq və ANAMA minaya düşən şəxslə bağlı açıqlama yayıb - Yenilənib
Cəmiyyət 21:08
DİN, Baş Prokurorluq və ANAMA minaya düşən şəxslə bağlı açıqlama yayıb - Yenilənib
Qanunsuz ağackəsmədə təqsirləndirilən vəzifəli şəxslər barədə qərar verilib
Cəmiyyət 19:57
Qanunsuz ağackəsmədə təqsirləndirilən vəzifəli şəxslər barədə qərar verilib
Təcridxanaya mobil telefonların keçirilməsinin qarşısı alınıb - Video
Cəmiyyət 18:40
Təcridxanaya mobil telefonların keçirilməsinin qarşısı alınıb - Video
Şaxtalı və qarlı hava şəraiti davam edir - FAKTİKİ HAVA- YENİLƏNİB
Cəmiyyət 18:24
Şaxtalı və qarlı hava şəraiti davam edir - FAKTİKİ HAVA- YENİLƏNİB
Gəncədə qaz balonu partlayıb, iki qardaş xəsarət alıb
Cəmiyyət 18:03
Gəncədə qaz balonu partlayıb, iki qardaş xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol