Prezident sabiq baş nazirlə bağlı sərəncam verib

Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə Artur Tahir oğlu Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif edilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 20-də Artur Rasi-zadəni qəbul edib və ona “Heydər Əliyev” ordenini təqdim edib.
Artur Rasi-zadə 1996-2018-ci illərdə Azərbaycanın Baş naziri olub.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 