Tələbələr Qazaxıstanda doktorantura təhsili alacaq

Azərbaycanlı tələbələr Qazaxıstanda doktorantura təhsili alacaqlar. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, 2017- ci ilin 3 aprel tarixli Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşları 2024-2025-ci tədris ili üzrə doktorantura səviyyəsində Qazaxıstanda təhsil almaq imkanı qazanıb.
Bildirilib ki, seçim barədə Qazaxıstan tərəfindən verilən yekun qərar nəticəsində sözügedən tələbələr “Al-Farabi Kazakh National University” və “Kazakh National Pedagogical University named after Abai” ali təhsil müəssisələrində linqvistika və beynəlxalq münasibətlər üzrə təhsil almaq hüququ qazanıblar.
Daha əvvəl 5 nəfər Azərbaycan Respublikası vətəndaşı 2023–2024-cü tədris ili üzrə Qazaxıstanda təhsil almaq imkanı qazanıb.
Aytac
Son xəbərlər
Daha çox 