• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Qanunsuz ağackəsmədə təqsirləndirilən vəzifəli şəxslər barədə qərar verilib

Qanunsuz ağackəsmədə təqsirləndirilən vəzifəli şəxslər barədə qərar verilib
21.02.2025 19:57

Zaqatala rayonu ərazisində ağacların qanunsuz olaraq kəsilməsi faktı ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir neçə maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.Bu barədə Baş Prokurorluqdan bildirilib.

 Həyata keçirilən tədbirlər nəticəsində toplanmış sübutlar əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “14 N-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Paşayev Rüstəm Kamal oğluna Cinayət Məcəlləsinin 32.3, 259.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsməni təşkil etmə), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs, Qudayev Muhuma Məmmədəli oğluna isə həmin Məcəllənin 259.4,  32.5, 309.2 və 32.5, 313-cü maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla cinayət əməlinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir. 

Nəticəsində barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Avtobuslara tətbiq edilən saat məhdudiyyəti aradan qaldırılıb
Cəmiyyət 12:39
Avtobuslara tətbiq edilən saat məhdudiyyəti aradan qaldırılıb
Badamdarda ev yanıb - Video
Cəmiyyət 12:00
Badamdarda ev yanıb - Video
Minaya düşən veteranın son durumu açıqlanıb - Yenilənib
Cəmiyyət 11:08
Minaya düşən veteranın son durumu açıqlanıb - Yenilənib
Dağlıq rayonlarda 20 dərəcəyədək şaxta qeydə alınıb - Faktiki hava
Cəmiyyət 11:00
Dağlıq rayonlarda 20 dərəcəyədək şaxta qeydə alınıb - Faktiki hava
Qaxda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib
Cəmiyyət 10:40
Qaxda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib
DYP sürücülərə müraciət edib
Cəmiyyət 10:26
DYP sürücülərə müraciət edib
Qobustanda əməliyyat - Xeyli silah-sursat tapılıb
Cəmiyyət 10:05
Qobustanda əməliyyat - Xeyli silah-sursat tapılıb
Balakəndə 4 otaqlı ev yanıb
Cəmiyyət 22:52
Balakəndə 4 otaqlı ev yanıb
“Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib
Cəmiyyət 22:33
“Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol