İstanbul NS klinikasında həkim səhlənkarlığından xəstənin öldüyü iddia edilir- AÇIQLAMA

İstanbul NS Klinikasında kardioloq Anar Salmanov tərəfindən əməliyyat zamanı ölən pasientin yaxınları onun ölmündə həkimi günahlandırır. Bunu mərhumun yaxınları anews.az-a şikayətində bildiriblər.
Onlar iddia edirlər ki, anjudan sonra pasientin ürəyinə stend qoyulub. Qoyulan stend isə zədələnib.
"Həkim öz dili ilə dedi ki, əməliyyat zamanı ürəyinə qoyulan stend zədələnib və nəticədə ürəyin ətrafına qan yığılıb. Bu zaman qan təzyiqin düşməsinə səbəb olub. Sağlam 61 yaşında adam heç nədən öldü. Öz ayağı ilə, maşın sürərək xəstəxanaya getmişdi. Çox yüngül bir prasedurda, həkim səhlənkarlığından adam öldü. Ölümü bizdən iki-üç saat gizlədiblər. Sonradan yaxınları olaraq otağa girdik ki, adam çoxdan ölüb. Bizə dedilər ki, əl ilə masaj etdik, amma xeyri olmadı",- xəstənin yaxınları bildirib.
Məsələ ilə bağlı həkim Anar Salmanov anews.az-a bildirib ki, 62 yaşlı xəstə Elçin Ələkbərov Neftçilər xəstəxanasına sinədə göynədici ağrılar, tənginəfəslik şikayəti ilə kordialogiya poliklinikasına müraciət edib.
"Xəstəyə karfioqramma və exo müayinələri icra olunub və bunlara əsasən angioqrafiya qərarı verilərək yönləndirilib. Xəstə bizim poliklinilaya müraciət etdi və biz təkrar müayinə etdik. Karfioqrammada önəmli dəyişikliklər gördük. Exo-da isə ürəkdə divar qüsuru müəyyən edildi. Bu dəyişikliklər ürək-damar tıxanıqlığına işarə idi. Buna əsasəndə anjuya qərar verdik. Angioqrafiya zamanı ürəkdə 80% darlıq təspit edilib. Bundan başqa 70% ciddi darlıqlar müəyyən edilib. Darlığa stent qərarı verdik. Xəstəyə və yaxınlarına bu məlumatları verdik, onların rəyləri nəticəsində əməliyyat icra etdik",- həkim bildirib.
Kardioloq əlavə edib ki, ürəyə stent qoyulan zaman damardakı görüntüdə stentin orta qismində perforasiya adlanan damarda kiçik dəlik müəyyən olunub.
"Perforasiya zamanı 1% görülə bilinəcək durumdur. Perforasiyanı gördüyümüz zaman ora Qref stent taxmaqla qanamanı dayandırdıq. Reanimasiya şöbəsinə məlumat verdik və yerindəcə Exo etdik, şöbəyə yerləşdirdik. Reanimasiyada təzyiq düşməyə başlayıb və təkrar Exo etdik ürəyin ətrafındakı perikartdakı, mayenin artmış olduğunu gördük. Perkordial tamponada diaqnozu ilə cərrahiyyə yolu ilə boşaldılmasına qərar verdik. Əməliyyat masasına tam alınacağı zaman təzyiqin düşməsi nəticəsində ürəyin dayanması baş verib. Ürək masajına başladıq və xəstəni əməliyyat masasına götürdük ürəyin ətrafındakı, maye boşaldılıb və açıq masaja davam edilib. 1 saata yaxın davam edən səylərimiz təəsüfki, fayda verməyib",- həkim əlavə edib.
Aytac Zeynalova
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 