Ermənistanda bir gündə mindən çox avtomobil qəzası baş verib

Ermənistanda bir gündə qar yağması səbəbindən 1000-dən çox avtomobil qəzası baş verib.
"Fevralın 20-dən əlverişsiz hava şəraiti ilə əlaqədar Ermənistanda çoxlu sayda yol qəzası qeydə alınıb. 6 sığorta şirkəti birlikdə gündə 1000-dən çox bədbəxt hadisə qeydə alıb", - Sığortaçılar İttifaqının məlumatında deyilir.
Fevralın 20-si səhər saatlarından etibarən İrəvanda və respublikanın hər yerində güclü qar yağıb. Əlverişsiz hava şəraiti nəticəsində bir sıra yollar, o cümlədən respublika əhəmiyyətli yollar nəqliyyat vasitələri üçün keçilməz hala düşüb. Çoxlu sayda yol qəzaları qeydə alınıb.
Aytac