Nazir müşaviri aqrar sığortaların əhəmiyyətindən danışıb

Aqrar sığorta ödənişlərinin həcminin artması mövcud islahatları davam etdirməyə imkan verir. Bunu Kənd Təsərrüfatı Nazirinin müşaviri Zaur Əliyev deyib.
"Son 5 ildə kənd təsərrüfatında uğurlu işlər görülüb. Müşahidələr göstərir ki, fermerlərdə aqrar sığorta mədəniyyəti yaranır. Xərclərin dövlət tərəfindən ödənilməsi öz səmərəlliyini göstərir. Ödənişlərin həcminin artması mövcud islahat prosesini davam etməyə imkan verir. Bundan sonra da aqrar siyasətə dəstək olacayıq",- nazir müşaviri "Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Əliyev bildirib ki, maarifləndirmə və təşviq kampaniyalarının aparılmasına ehtiyac var.
Gülnar Nazimqızı