Yeni doğulan körpəsini otelin pəncərəsindən atıb

Parisin 20-ci dairəsində 18 yaşlı amerikalı tələbə uşağını otel otağının pəncərəsindən atıb və nəticədə uşaq ölüb. Bu barədə Fransa mətbuatı yazıb.
Hadisə səhər saat 6 radələrində baş verib.
Şahidlər polisə müraciət ediblər. Yeni doğulan körpə dərhal Parisin 19-cu dairədə yerləşən Robert-Debre xəstəxanasına aparılıb və orada dünyasını dəyişib. Bu məlumatı Paris prokurorluğu da təsdiqləyib.
Prokurorluq uşağın anasının "Avropada səyahət edən gənclər qrupunun" üzvü olduğunu qeyd edib.
Gülnar