Heydər Əliyev prospektində avtomobillərin hərəkəti bərpa olunub

Heydər Əliyev prospektinin əsas yol üzrə qazılmış hissəsinin bərpası istiqamətində müvafiq işlər qısa müddət ərzində həyata keçirilərək, hərəkətə qoyulmuş məhdudiyyət aradan qaldịrılıb.
Hərəkətin məhdudlaşdırılmasına səbəb prospektin “Koroğlu” metrostansiyası istiqamətində olan hissəsinin altından keçən su borusunda qəzanın baş verməsi idi.
Qəza baş verəndən sonra əraziyə aidiyyəti qurumun əməkdaşları cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.
Son xəbərlər
Daha çox 