• $ 1.7
  • € 1.7876
  • ₽ 1.9209
  • ₺ 0.0467
  • £ 2.155

Uçuşla bağlı təlimçilərə sertifikatın verilməsi qaydası təsdiqlənib

Uçuşla bağlı təlimçilərə sertifikatın verilməsi qaydası təsdiqlənib
25.02.2025 18:27

Uçuş və kabinə heyətinə təlim keçən təşkilatlara, uçuş və kabinə heyətinin bilik və bacarıqlarını yoxlayan təlimçilərə sertifikatın verilməsi qaydası təsdiq edilib.Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, bu Qayda “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanıb və təlimçilərin, imtahançıların, təlim təşkilatlarının və uçuşu imitasiya edən təlim qurğularının sertifikatlaşdırılması tələblərini müəyyən edir.

Bu Qayda ilə tənzimlənməyən məsələlər Qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya və Konvensiyaya 1 nömrəli Əlavə - “Aviasiya personalının sertifikatlaşdırılması” ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun olaraq həyata keçirilir.

Bu Qayda ilə müəyyən olunmuş səlahiyyəti təsdiq edən sənədlərin verilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
DİM imtahanlar üçün dövlət rüsumlarını qaldırıb
Cəmiyyət 21:57
DİM imtahanlar üçün dövlət rüsumlarını qaldırıb
Müdafiə Nazirliyinin hərbi qulluqçusunun ölüm faktı ilə bağlı araşdırma aparılır
Cəmiyyət 21:44
Müdafiə Nazirliyinin hərbi qulluqçusunun ölüm faktı ilə bağlı araşdırma aparılır
15 nəfərin ölümünə səbəb olan spirti istehsal edən həbs olunub
Cəmiyyət 20:40
15 nəfərin ölümünə səbəb olan spirti istehsal edən həbs olunub
Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb
Cəmiyyət 20:27
Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb
Sabah bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 19:00
Sabah bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Uçuşla bağlı təlimçilərə sertifikatın verilməsi qaydası təsdiqlənib
Cəmiyyət 18:27
Uçuşla bağlı təlimçilərə sertifikatın verilməsi qaydası təsdiqlənib
Hava daşımalarının həyata keçirilməsi qaydaları təsdiqlənib
Cəmiyyət 18:25
Hava daşımalarının həyata keçirilməsi qaydaları təsdiqlənib
Heydər Əliyev prospektində avtomobillərin hərəkəti bərpa olunub
Cəmiyyət 18:02
Heydər Əliyev prospektində avtomobillərin hərəkəti bərpa olunub
Növbəti iki gündə Bakıda və bölgələrdə külək güclənəcək
Cəmiyyət 17:34
Növbəti iki gündə Bakıda və bölgələrdə külək güclənəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol