• $ 1.7
  • € 1.9776
  • ₽ 0.021807
  • ₺ 0.0393
  • £ 2.2772

Xocalı faciəsindən 33 il keçir

Xocalı faciəsindən 33 il keçir
26.02.2025 09:07

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 33 ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.


Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər.

Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur.

Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər.

Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasi partiyaların vəziyyəti ilə bağlı ictimai dinləmə keçiriləcək
Siyasət 16:13
Siyasi partiyaların vəziyyəti ilə bağlı ictimai dinləmə keçiriləcək
Deputat geosiyasi məsələlərin müzakirəsi üçün ayda bir dəfə toplaşmağı təklif edir
Siyasət 13:13
Deputat geosiyasi məsələlərin müzakirəsi üçün ayda bir dəfə toplaşmağı təklif edir
Səməd Seyidov: Beynəlxalq qanun işləmədiyi üçün güc amili aktuallaşıb
Siyasət 13:02
Səməd Seyidov: Beynəlxalq qanun işləmədiyi üçün güc amili aktuallaşıb
İlham Əliyev Trampa məktub göndərib
Siyasət 12:49
İlham Əliyev Trampa məktub göndərib

İlham Əliyev Çexiyanın Baş naziri ilə görüşüb
Siyasət 11:45
İlham Əliyev Çexiyanın Baş naziri ilə görüşüb
Deputatdan təklif:Türk dövlətləri ilə parlamentlərarası əməkdaşlığı genişləndirək
Siyasət 11:36
Deputatdan təklif:Türk dövlətləri ilə parlamentlərarası əməkdaşlığı genişləndirək

Babiş Azərbaycan Prezidentini Çexiyaya rəsmi səfərə dəvət edib
Siyasət 11:36
Babiş Azərbaycan Prezidentini Çexiyaya rəsmi səfərə dəvət edib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı nümayəndə heyətini qəbul edib
Siyasət 10:26
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı nümayəndə heyətini qəbul edib
Hər il Azərbaycan xizəkçilik üzrə ya Dünya, ya da Avropa çempionatı ev sahibliyi edəcək - Prezident
Siyasət 09:29
Hər il Azərbaycan xizəkçilik üzrə ya Dünya, ya da Avropa çempionatı ev sahibliyi edəcək - Prezident
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol