Abdullah Öcalan PKK-ya “silahı buraxın” çağırışı edib
PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib.Bu barədə Türkiyə KİV xəbər verib.
Bəyanat türk və kürd dillərində oxunub.
Öcalan çağırışında “silahı buraxın” deyib:
“Demokratik cəmiyyətə ehtiyac qaçılmazdır. Cümhuriyyət tarixinin ən uzun və ən əhatəli üsyan və hərəkatı olan PKK-nın güc və dəstək tapmasının səbəbi demokratik siyasi kanalların bağlanması idi. Mən tərksilah olmağa çağırıram. Bütün qruplar silahı yerə qoymalı və PKK ləğv olunmalıdır. Bu çağırışa görə məsuliyyəti üzərimə götürürəm”.
Son xəbərlər
Daha çox