Deputat təklif edir ki, məhkumlar icbari tibbi sığortadan yararlansınlar

Cəzaçəkmə müəssisələrində məhbusların icbari tibbi sığorta aid imtiyazlardan istifadə etməsi yaxşı olar. Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.
"Cəzaçəkmə müəssisələrində vəziyyət əvvəlki illərlə müqayisədə müsbətə doğru çox dəyişib. Çox istərdim ki, Ombusdman aparatı məruzəsində Gəncədə yerləşən cəzaçəkmə müəssisinin nə zaman açılması ilə bağlı məlumatı qeyd etsin. Eyni zamanda 25 ildən çox cəza çəkən şəxslər var. Bu şəxslər artıq səhvlərini başa düşüblər. Hesab edirəm ki, onların əfv sərəncamına düşməsi onlar üçün də yaxşı hal olar. Həmçinin cəzaçəkmə müəssisələrində məhkumların icbari tibbi sığorta hesabına müalicə və əməliyat olunması çox yaxşı olar", - deputat vurğulayıb.
Gülnar Nazimqızı