Ağdamda bir ailənin 6 üzvü zəhərlənib

Ağdamda kütləvi zəhərlənmə halı qeydə alınıb. Bu barədə Apa məlumat yayıb.
Hadisə ötən gecə rayonun Əfətli kəndində baş verib. Bir ailənin 6 üzvü - 1962-il təvəllüdlü Gülbuta Əsədova, 2001-ci il təvəllüdlü Elçin Əsədov, 2003-cü il təvəllüdlü Elvin Əsədov, 1993-cü il təvəllüdlü İsmayıl İsmayıllı, 2006-cı il təvəllüdlü Türkan Əsədova və 2006-cı il təvəllüdlü Nəzakət Piriyeva Ağdam rayon Mərkəzi xəstəxanasına zəhərlənmə əlamətləri ilə müraciət ediblər.
İlkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.
Onların tortdan zəhərləndiyi ehtimal olunur.