Enerji içkiləri içənlərin uşaqları olmur - Deputat

Ölkədə satışı olan enerji içkiləri səssiz müharibə kimi qiymətləndirmək olar. Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.
"Ölkəmizə qarşı aparılan səssiz müharibə enerji içkiləri ilə bağlıdır. Bu içkilərin satışı və istifadəsi insan hüquqlarınız pozulması kimi hesab edilməlidir. Enerji içkilərindən istifadə edənlərdə şəkər xəstəlikləri baş qaldırır, tükənməzlik sindromu özünü biruzə verir. Bu da demokrafiq prosesə cəlb edir. Belə şəxslərin uşaqları olmur. Bu dəhşətli bir göstəricidir. Bu məsələni diqqətdə saxlamaq vacibdir", - deputat bildirib.
Deputat həmçinin vurğulayıb ki, sosial şəbəkələrdə manuplasiya yönümlü informasiyalar insanların doğru xəbərləri əldə etməsini məhdudlaşdırır. Deputat təklif edir ki, bu istiqamətdə tədbirlər görülməsi yaxşı olar.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 