Əmək Məcəlləsi yenidən hazırlanmalıdır - Mirvari qəhrəmanlı

Qanunvericilikdə əmək Məcəlləsinin yenidən hazırlanmasına ehtiyac var. Bunu Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyinin sədri Mirvari Qəhrəmanlı İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.
"Əmək Məcəlləsində 15 və 309 maddə əmək hüquqlarını qoruyur. Bu qanun işəgötürünlərin xeyrinə hazırlanıb. Əmək Məüfəttişliyi əmək hüquqlarının pozulması ilə bağlı göndərilən sorğulara cavab vermir. Ya da deyir get məhkəməyə müraciət et. Vətəndaş məcbur qalıb yuxarı instansiyaya müraciət etməli olur. Bu prosesdə vətəndaşın 60-70 manatı mediasiya üçün, 300 manatı vəkil üçün, bir sözlə bu prosesə 1000-1500 manat arasında xərci çıxır. İşdən çıxan adam üçün bu böyük bir məbləğdir. Bu rüsumlar hüquqları pozuları üçün ləğv olunmalıdır", - hüquq müdafiəçisi bildirilib.
Qəhrəmanlı təklif edib ki, Əmək Müfəttişliyi nazirlik statusu alsın və orada peşəkarlar işləsin.
Ombusdman Aparatının rəhbəri Aydın Səfixanlı hüquq müdafiəçisinə cavab olaraq bildirib ki, hazırda sahibkarlığın yoxlanılması mümkün olmadı üçün əmək hüquqlarının pozulması zamanı onların yoxlanılması mümkün olmur.
Gülnar Nazimqızı