Qeyri-neft sektorundan əldə olunan gəlir bizi neftdən azad etməyəcək - Deputat

Qeyri neft sektorundan əldə edilən 5-6 faizlik artım neftdən asıllığımızı azaltmayacaq. Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.
"Biz hələ də neft gəlirlərimizdən asıllılıyıq. Qeyri neft sektorunda illik 5-6 faizlik artım neftdən bizi azad etməyəcək. Sənayeni inkişaf etdirməliyik. İqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindədir. Özəlləşdirməyə ehtiyac var. Köklü islahatlar aparmasaq bundan artığına nail ola bilməyəcəyik", - deputat bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə deyib.
Deputat bildirib ki, Bakıda yerləşən Neft Emalı Zavodunun şəhərdən kənara köçürülməsinə ehtiyac var.
Gülnar Nazimqızı