Bakı Neftayırma Zavodu 2031-ci ilə qədər yenidən tikilə bilər

2031-ci ilə qədər Bakı Neftayırma Zavodunum yenidən tikilməsi və ya yenilənməsi gözlənilir. Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadə deyib.
"Neftayırma zavodu ilə bağlı hələlik iki ssenari var. Zavodda modernizasiya prosesi gedir. Zavod avro 5 standartlı dizel yanacağı və benzil istehsal edir. Bunun bu ildən ikinci fazasına keçid olacaq. Bu zavodun köçürülməsi və ya ikinci faza istiqamətində inkişafı mümkün ola bilər. Bu ssenarilərə baxılır. Yəqin ki, bu il ərzində bir məlumat çıxacaq. Hər iki ssenaridə əgər zavod tikəcəyiksə o da 2030-2031-ci ilə nəzərdə tutulur. Modernzasiya prosesi davam edəcəksə bu da həmin vaxta nəzərdə tutulur",- Hacızadə bildirib.
Bakı Nefrayırma Zavodunun 70 ildən çox tarixi var.
Milli Məclisdə bir neçə dəfə bu zavodun kənara köçürülməsi təklif olunub.
Gülnar Nazimqızı