• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

"Atamın ruhunu sakit buraxın!" - ELÇİBƏYin oğlu

"Atamın ruhunu sakit buraxın!" - ELÇİBƏYin oğlu
28.05.2020 21:25
Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev AXCP və Müsavat Partiyasının funksionerlərinə müraciət edib.Modern.az saytına açıqlamasında Ərturqut Əliyev hazırda bir-biri ilə qalmaqal yaşayan tərəfləri Elçibəyin adından istifadə etməməyə çağırıb.“Heç bir siyasi partiya öz işlərinə görə mənim atamın adını çəkməsin. Sizin sayt vasitəsilə onlara səslənirəm ki, bir-birlərinə ünvanladıqları ittihamlarda Əbülfəz Elçibəyin adından istifadə etməsinlər.Atamın ruhunu sakit buraxsınlar!”-deyə Ərturqut Əliyev sərt şəkildə bəyanat verib.O qeyd edib ki, son günlər AXCP və Müsavat Partiyası arasında yaşanan qalmaqalda mərhum atasının adının bu formada hallandırılmasının əleyhinədir.Xatırladaq ki, Müsavat Partiyasının Milli Şuradan çıxmasından sonra AXCP ilə bu siyasi qurum arasında başlayan qalmaqal səngimək bilmir. Tərəflər bir-birini qarşılıqlı ittiham edir və arqumentlərini bəzən keçmiş mərhum prezident Əbülfəz Elçibəy üzərində irəli sürürlər. Bu qalmaqalın iştirakçıları vaxtilə “Azadlıq” və “Yeni Müsavat” qəzetlərində Əbülfəz Elçibəy əleyhinə dərc edilən yazıları da üzə çıxarıb sosial şəbəkələrdə yayırlar...ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Siyasət 16:08
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Baş nazir quru sərhədlərdən danışıb
Siyasət 11:18
Baş nazir quru sərhədlərdən danışıb
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Siyasət 23:16
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Siyasət 22:00
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - Video
Siyasət 21:16
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - Video
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Siyasət 18:08
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Azərbaycan “orta güc” konsepsiyası əsasında daha fəal multilateral diplomatiya aparır - Hacıyev
Siyasət 16:17
Azərbaycan “orta güc” konsepsiyası əsasında daha fəal multilateral diplomatiya aparır - Hacıyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol