Tramp Ukraynaya yardımın dondurulması ilə bağlı görüş keçirəcək

ABŞ prezidenti Donald Tramp bazar ertəsi günortadan sonra Ukrayna ilə bağlı növbəti addımlar, o cümlədən ABŞ-nin hərbi yardımının mümkün dayandırılması ilə bağlı görüş keçirəcək.Bu barədə “Axios” potralı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, görüşdə Trampla yanaşı, vitse-prezident Devid Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və digər yüksək vəzifəli məmurların iştirakı gözlənilir.