Fuad Nağıyevin istintaqa çağırıldığı deyilir

Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev istintaqa çağırıldığı deyilir. Bu barədə Lent.az öz mənbələrinə istinadan yazıb.
Fuad Nağıyevlə yanaşı, qurumda işləyən bir sıra şəxslər də istintaqa cəlb edilib.
"Dövlət Turizm Agentliyinin vəzifəli şəxsləri ilə bağlı aparılan araşdırma xidməti sənədlərin sızdırılması ilə yanaşı, agentlikdəki korrupsiya faktları ilə də bağlıdır", - mənbə bildirib.
Bir gün əvvəl Prezident Fuad Nağıyevə şiddətli töhmət verilməsi ilə bağlı sərəncam imzalayıb.
Son xəbərlər
Daha çox 