Londonda nümayişçi Fələstin bayrağı ilə “Big Ben”ə dırmaşıb
Londonda bir nümayişçi Fələstin bayrağı ilə məşhur “Big Ben” qülləsinə dırmaşıb.Bu barədə “The İndependent” nəşri xəbər verir.
Hadisə nəticəsində Vestminster körpüsü bağlanıb. Ətrafda təhlükəzilik tədbirləri görülüb.
Xilasedicilər yanğınsöndürmə maşınının qaldırıcı platformasından istifadə edərək, şəxsi aşağı endirməyə çalışsalar da, o, qüllədə qalmağa davam edib.
Nəşr vurğulayır ki, o, 16 saatdan sonra sağ-salamat endirilib.
Son xəbərlər
Daha çox