• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Birbank-ın dəstəyi ilə Qadın Liderləri Zirvəsi keçirildi

Birbank-ın dəstəyi ilə Qadın Liderləri Zirvəsi keçirildi
07.03.2025 16:03

Sahibkarlıq, təhsil, maliyyə savadlılığı kimi bir çox istiqamətdə qadınların inkişafına
yönəlik layihələrlə gündəmə gələn Birbank bu dəfə “Qadın Liderləri Zirvəsi”nin həyata
keçirilməsinə dəstək oldu. “Facemark” və “İNCİ - İşgüzar Xanımların Ünsiyyət Klubu”nun
birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “Fərqlərin bərabərliyi” konsept mesajı ilə 500-ə
yaxın lider, eləcə də bu yolda hədəfləri olan qadın bir araya gəldi. İştirakçılar panel
müzakirələrdə dövlət və özəl sektorda çalışan lider xanımları dinləyib, müzakirələrdə aktiv
iştirak etdilər.


Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı
Fərqanə Məmmədovanın moderator olduğu ilk panel “Lider qadın, yoxsa qadın lider”
mövzusuna həsr olundu. Paneldə spiker qismində İnsan resursları sahəsində geniş
təcrübəyə malik, “GDG Professionals” şirkətinin təsisçi direktoru, biznes və həyat kouçu
Gülzar Quliyeva, “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova,
“Dərs Evi - İnnovativ Təhsil Mərkəzi”nin Baş direktoru Nigar Baimova, Azərbaycan
Beynəlxalq Bankının Baş direktoru Aynur Süleymanlı, “Erickson Coaching International”
şirkətinin İdarə Heyətinin üzvü Zerrin Başer kimi öz sahəsində lider mövqedə olan
xanımlar təcrübələrini bölüşdülər.


İştirakçıların da mütəmadi fikir bildirdikləri, interaktiv keçən geniş müzakirənin ardından
Fərqanə Məmmədova panelin yekun rəyini səsləndirdi. “Liderlik cinsiyyətlə deyil, şəxsi
keyfiyyətlər, bacarıqlar, davamlı inkişaf və özgüvənlə əlaqəlidir. Hər bir lider, insanları
ilhamlandırma, düzgün qərar qəbuletmə və dəyişikliklərin idarə edilməsi qabiliyyəti ilə önə
çıxır. Effektiv liderlər, yalnız özlərini deyil, eyni zamanda komandalarını da irəliləməyə və
inkişaf etməyə təşviq edirlər. Çünki liderliyə gedən yol kiçik, amma əmin addımlarla
başlayır və insan öz üzərində çalışmaqla, özünü inkişaf etdirməklə istədiyi pilləyə çata
bilir. Dəyişikliklər ideya ilə deyil, hərəkətlə başlayır”.
Daha sonra tədbir “İnnovasiya və Strateji Yanaşmalar” və “Rəqəmsal Trendlər Dövründə
Qadınlar” mövzularının müzakirəsi ilə davam etdi. Ümumilikdə 3 moderator 14 spiker
təcrübə və biliklərini iştirakçılarla paylaşdı. Onların məqsədi iştirakçılara liderlik yolunda
innovativ yanaşmalar təqdim edərək qadınların işgüzar bacarıqlarını daha da inkişaf
etdirmək oldu.


Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox
aktiv istifadəçisi olan mobil tətbiqi,119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən
böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci
bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir.
Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul
və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //birbank.az/ saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə
bilərsiniz.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Bitkoinin qiyməti 90 min dolları keçib
İqtisadiyyat 23:56
Bitkoinin qiyməti 90 min dolları keçib

“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İqtisadiyyat 22:51
“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol