• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Rəsulzadənin yubileyi ilə əlaqədar tədbirlər planı açıqlandı

Rəsulzadənin yubileyi ilə əlaqədar tədbirlər planı açıqlandı
17.01.2014 16:25
Azərbaycan prezidenti İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" 22 noyabr 2013-cü il tarixli sərəncamının icrası ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyinin, Milli Elmlər Akademiyasının, Təhsil Nazirliyinin və digər aidiyyəti qurumların təklifləri ümumiləşdirilərək tədbirlər planı hazırlanıb.Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirlər planında görkəmli şəxsiyyət və dövlət xadiminin yubiley tədbirinin, "M.Ə.Rəsulzadənin Azərbaycan dövlətçilik tarixindəki rolu" mövzusunda elmi konfransın keçirilməsi, M.Ə.Rəsulzadənin xarici ölkələrin arxivlərində olan zəngin irsi və sənədlərinin toplanılıb Azərbaycana gətirilməsi, professor Şirməmməd Hüseynovun tərtib etdiyi M.Ə.Rəsulzadənin seçilmiş əsərlərindən ibarət çoxcildliyin nəşri, "Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyəti və müasirlik" mövzusunda elmi sessiyanın keçirilməsi, M.Ə.Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar kitabxanalarda xatirə gecələrinin və kitab sərgilərinin təşkili, Türkiyə Cümhuriyyətinin Milli Kitabxanasında M.Ə.Rəsulzadəyə aid nəşrlərin faksimile surətlərinin Azərbaycan Milli Kitabxanasına gətirilməsi, M.Ə.Rəsulzadənin həyat və yaradıcılığını əks etdirən fotostendin hazırlanması, onun həyat və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş məqalələrin KİV-də dərc olunması, ölkə kitabxanalarında M.Ə.Rəsulzadə irsinin tədqiqatçıları ilə görüşlərin və dəyirmi masaların keçirilməsi, Azərbaycan İstiqlal Muzeyində yubileyə həsr olunmuş "Tarixin bir səhifəsi" adlı sərginin və digər tədbirlərin təşkili nəzərdə tutulur. Yubiley münasibətilə tədbirlər digər təşkilatlarda da keçiriləcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Cəmiyyət 20:14
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Cəmiyyət 18:09
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Cəmiyyət 16:43
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Cəmiyyət 16:00
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Cəmiyyət 15:30
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Cəmiyyət 14:18
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:20
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol