Münxendə məktəb avtobusu tramvayla toqquşub, 12 nəfər xəsarət alıb
Münxendə məktəb avtobusu ilə tramvayın toqquşması nəticəsində doqquzu uşaq olmaqla 12 nəfər xəsarət alıb.Bu barədə“Bild” qəzeti xəbər verir.
Qəza nəticəsində tramvay relsdən çıxıb, avtobus isə ciddi zədələnib.
Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub. Xəsarət alan 12 nəfər xəstəxanaya yerləşdirilib.
Son xəbərlər
Daha çox