• $ 1.7
  • € 1.8453
  • ₽ 1.9383
  • ₺ 0.0465
  • £ 2.1921

Birbank-da daşınmaz əmlak üzrə ƏDV-nin 30%-ni geri almaq imkanı davam edir

Birbank-da daşınmaz əmlak üzrə ƏDV-nin 30%-ni geri almaq imkanı davam
edir
12.03.2025 16:24

Müasir və innovativ həlləri ilə müştərilərinə daim faydalı imkanlar təqdim edən
Birbank daşınmaz əmlak sahibləri üçün sərfəli imkanlar yaradır. Belə ki, Azərbaycan
Respublikası ərazisində yaşayış və qeyri-yaşayış sahələri alanlar ödəmiş olduqları
ƏDV-nin 30%-ni geri ala bilərlər.


ƏDV-nin geri qaytarılması üçün alıcı ödənişi nağdsız qaydada tam şəkildə etdikdən
sonra 90 gün ərzində müraciət etməlidir. Bu xidmət yalnız 500 kvadratmetrdən çox
olmayan və yalnız mənzil-tikinti kooperativlərindən (MTK) alınan yaşayış və ya
qeyri-yaşayış əmlaklarına şamil edilir. Bu imkandan faydalanmaq üçün www.e-
taxes.gov.az portalında qeydiyyatdan keçmək və tələb olunan sənədləri təqdim etmək
kifayətdir.


Bu xidmət sayəsində daşınmaz əmlak alarkən əlavə qənaət etmək və maliyyə yükünü
azaltmaq mümkündür. Həmçinin, müştəri toplanmış ƏDV məbləğlərini Birbank
tətbiqində Birbank kartlarına komissiyasız və limitsiz şəkildə köçürmək şansı qazanır.
Qeyd edək ki, daşınmaz əmlak üzrə ƏDV geri qaytarılarkən, geri qaytarılan məbləğin
0.5%-i xidmət haqqı kimi avtomatik olaraq müştərinin hesabından tutulur.


Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3
milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 119 filialı və 54 şöbəsindən ibarət
Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci
ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və
Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini
davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün
//birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial
şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kürdəmirdə kişi qatarın altında qalaraq ölüb
Cəmiyyət 22:34
Kürdəmirdə kişi qatarın altında qalaraq ölüb
Ramazanın 13-cü gününün duası,imsak və iftar vaxtı
Cəmiyyət 21:15
Ramazanın 13-cü gününün duası,imsak və iftar vaxtı
Dövlət Gömrük Komitəsinin sədrinə yeni müavin təyin edilib
Cəmiyyət 20:17
Dövlət Gömrük Komitəsinin sədrinə yeni müavin təyin edilib
Sabah İmişlidə 700-ə yaxın abonentin qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 20:14
Sabah İmişlidə 700-ə yaxın abonentin qaz təchizatında fasilə yaranacaq
ADY yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 19:54
ADY yol hərəkəti iştirakçılarına müraciət edib
Bakıda sürücünü döyüb, avtomobilə ziyan vuran şəxslər həbs edilib
Cəmiyyət 19:28
Bakıda sürücünü döyüb, avtomobilə ziyan vuran şəxslər həbs edilib
Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Cəmiyyət 18:40
Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 18:12
Bu ərazilərdə qaz olmayacaq
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 17:55
Sumqayıtda avtomobil yanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol