• $ 1.7
  • € 1.8453
  • ₽ 1.9383
  • ₺ 0.0465
  • £ 2.1921

Sahibə Qafarova Şimali Makedoniya Prezidenti ilə görüşüb

Sahibə Qafarova Şimali Makedoniya Prezidenti ilə görüşüb
12.03.2025 16:49

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, iki ölkə arasında siyasi əlaqələrin inkişafında yüksək səviyyəli səfərlər və görüşlər xüsusi rol oynayır.

Spiker bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə güclü təkan verəcəyinə inamını ifadə edib.

Bildirilib ki, bu səfər Azərbaycan və Şimali Makedoniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyi ilə üst-üstə düşür. Ötən illər ərzində Azərbaycan və Şimali Makedoniya dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanaraq ikitərəfli əlaqələr qurublar.

Söhbət zamanı qeyd olunub ki, bu gün iqtisadiyyat, ticarət, sərmayə, enerji, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əlaqələri gücləndirmək və əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı perspektivlər mövcuddur və bu məsələlər ölkə başçıları arasında keçirilən görüşdə müzakirə edilib.

Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycanı dost və yaxın ölkə adlandırıb. O, ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Qonaq səfər çərçivəsində Prezident İlham Əliyevlə keçiridyi görüş barədə təəssüratlarını bölüşüb. O, yaşıl enerjiyə keçidin perspektivləri, Azərbaycanın bu sahədə gördüyü işlər, COP29 konfransının və XII Qlobal Bakı Forumunun bu sahəyə verəcəyi mühüm töhfələr barədə fikirlərini açıqlayıb.

Söhbət zamanı spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, ikitərəfli və çoxtərəfli əlaqələrə müsbət və əhəmiyyətli təsir göstərən amillərdən biri parlamentlər arasındakı qarşılıqlı əlaqələrdir. Bu baxımdan qanunverici orqanları arasında münasibətlərin daha da genişləndirilməsinin, o cümlədən beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilib.

Milli Məclisin sədri qonağa Azərbaycanın öz torpaqlarını azad edərək ərazi bütövlüyünü və suverenliyi bərpa etməsi, Ermənistanla sülh prosesinin gedişi, Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu barədə məlumat verib.

Görüşdə təhsil və mədəniyyət sahələrindəki əməkdaşlığın əhəmiyyəti qeyd olunaraq vurğunaıb ki, humanitar sahədə əməkdaşlıq ölkələr və xalqlar arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir.

Görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da müzakirələr aparılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramazanın 13-cü gününün duası,imsak və iftar vaxtı
Cəmiyyət 21:15
Ramazanın 13-cü gününün duası,imsak və iftar vaxtı
Dövlət Gömrük Komitəsinin sədrinə yeni müavin təyin edilib
Cəmiyyət 20:17
Dövlət Gömrük Komitəsinin sədrinə yeni müavin təyin edilib
Sabah İmişlidə 700-ə yaxın abonentin qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 20:14
Sabah İmişlidə 700-ə yaxın abonentin qaz təchizatında fasilə yaranacaq
ADY yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 19:54
ADY yol hərəkəti iştirakçılarına müraciət edib
Bakıda sürücünü döyüb, avtomobilə ziyan vuran şəxslər həbs edilib
Cəmiyyət 19:28
Bakıda sürücünü döyüb, avtomobilə ziyan vuran şəxslər həbs edilib
Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Cəmiyyət 18:40
Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 18:12
Bu ərazilərdə qaz olmayacaq
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 17:55
Sumqayıtda avtomobil yanıb
Sahibə Qafarova Şimali Makedoniya Prezidenti ilə görüşüb
Cəmiyyət 16:49
Sahibə Qafarova Şimali Makedoniya Prezidenti ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol