Nazir alimlərlə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev ölkədə fəaliyyət göstərən alimlərlə birgə hazırda tədqiqatlar zamanı yaranan problemləri birgə müzakirə edib. Bu barədə qurumundan bildirilib.
Görüşdə elmi inkişafın qarşısını alan maneələr və tədqiqatların praktik tətbiqi sahəsindəki imkanlar barədə müzakirələr aparılıb.
Eyni zamanda nazir elmin inkişafı üçün zəruri tədbirlərin görüləcəyini qeyd edib.
2025-ci il ölkədə 300-dək alim mükafatlandırılacağı gözlənilir.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi bundan əvvəl açıqlayıb ki, elmi göstəriciləri yüksək olan bir sıra tədqiqatçılara iyuldan başlayaraq hər ay min manatadək vəsait ödənilir.
Bundan əvvəl elm və təhsil naziri Emin Əmrullayev çıxışlarında bildirib ki, hazırda son 3-5 ildə elmi nailiyyətləri yüksək olan alimlərin fəaliyyətləri araşdırılır.
Hazırda Elmi Tədqiqat İnstitutlarında 8 minə yaxın şəxs çalışır, onların 5 minə yaxını sırf elmi araşdırmalarla məşğuldur.
Nazir həmçinin daha öncəki çıxışları zamanı söyləyib ki, son 5 ildə yazı yazmayan alimə alim kimi yanaşmaq doğru deyil.
Bundan əvvəl nazir Emin Əmrullayev onu da bildirib ki, hazırda ölkədə olan şərtlərə görə xaricdə fəaliyyət göstərən alimlər Azərbaycana gəlməkdən imtina edir.
Gülnar Nazimqızı