Ən çox bəyənilən kontent Ərdoğanla olan fotomdur - Paşinyan

Sosial media istifadəçiləri arasında arasında ən çox paylaşılan, ən çox izlənən, ən çox bəyənilən kontent Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş vaxtı çəkilmiş fotodur.Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə KİV-inə müsahibəsində deyib.
“İlk baxışda sadə görünə bilər, amma əslində olduqca simvolikdir. Məsələn, Nyu-Yorkda müxtəlif ölkə liderləri ilə görüşlərimdən kiçik fraqmentləri feysbuk səhifəmdə paylaşandan sonra geri dönüb baxdıqda anlayıram ki, sosial şəbəkə istifadəçilərimiz arasında ən çox paylaşılan, ən çox izlənən, ən çox bəyənilən Türkiyə Prezidenti ilə görüşümdən olan fotodur. Baxıram və təəccüb edirəm”, - Paşinyan qeyd edib.
Son xəbərlər
Daha çox 