Ət kəsimi zamanı heyvanlara yaş həddi qoyulmalıdır - Deputat

Ət kəsimi zamanı heyvanların yaş həddinin müəyyən edilməsinə ehtiyac var. Bunu Milli Məclisin deputatı Tahir Rzayev deyib.
"7-8 kiloqramlıq quzuların kütləvi kəsimi heyvandarlıq üçün problemlər yaradır. Orta kəsim üçün heyvanlar üçün yaş həddinin olması yaxşı olar", - deputat martın 14-də Milli Məclisdə çıxışı zamanı bildirib.
Deputat eyni zamanda Ağcabədidə bəzi məktəblərə və bağçalara qaz çəkilməsinin vacib olduğunu vurğulayıb.
Gülnar Nazimqızı