• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Unibank biznes sahiblərinin işini asanlaşdırmaq üçün yeni layihə təqdim edir

Unibank biznes sahiblərinin işini asanlaşdırmaq üçün yeni layihə təqdim edir
14.03.2025 12:01

Unibank biznes sahiblərinin POS-terminal əldə etməsi və istifadə prosesini xeyli asanlaşdırıb. Bankın Omnitech şirkəti ilə əməkdaşlığa başlaması, sahibkarlara POS-terminal və kassa aparatlarının çox rahatlıqla əldə edilməsi imkanı yaratmaqla yanaşı, bir sıra güzəştlər və üstünlüklər də qazandırır. Sahibkarlar Omnitech şirkəti tərəfindən müasir tələblərə cavab verən və bank tərəfindən yüksək proqram təminatı ilə əhatə olunan POS-terminallarla öz fəaiyyətlərini çox rahatlıqla həyata keçirə biləcəklər.

 

Bu əməkdaşlıq biznes sahiblərinə aşağıdakı üstünlükləri qazandırır:

  • Rahat müraciət prosesi: Müştərilər POS-terminal və kassa funksiyalarını özündə birləşdirən unikal cihaz üçün birbaşa Omnitech vasitəsilə müraciət edə bilər, banka getməyə ehtiyac yoxdur.
  • Sürətli hesab açılışı: Omnitech müştərinin bank hesabını onlayn açmasına kömək edir və müraciəti birbaşa “Unibank”a yönləndirir.
  • Sadələşdirilmiş müqavilə: Müştərilər banka ayrıca müraciət etmədən, Omnitech və Unibank ilə üçtərəfli müqavilə imzalayır.
  • Depozit tələbi yoxdur: Müştərilər POS-terminal üçün bankda depozit saxlamaq məcburiyyətində deyil.
  • Dövriyyə tələbi yoxdur: POS-terminal xidməti üçün müəyyən dövriyyə məhdudiyyəti qoyulmur.
  • Çatdırılma və texniki dəstək: Cihazların quraşdırılması və dəstək xidməti Omnitech tərəfindən həyata keçirilir;
  • Çoxfunksiyalı cihaz: Eyni terminal vasitəsilə həm nağd, həm də nağdsız əməliyyatlar həyata keçirilə bilər.
  • Tez mədaxil imkanı: POS-terminal vasitəsilə edilən ödənişlər ən qısa müddətdə müştərinin hesabına köçürülür.

Bu layihə biznes sahiblərinin POS-terminal əldə etmə və istifadə etmə prosesini asanlaşdırmaqla yanaşı, daha da əlçatan edir.

Unibank haqqında:

Unibank Azərbaycanın ən böyük özəl banklarındandır. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. 32 ildən artıq uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. Müştərilərin müxtəlif ehtiyaclarını qarşılamaq üçün geniş bir məhsul çeşidi təqdim edən Unibank, həm fərdi, həm də korporativ müştərilərə yüksək keyfiyyətli xidmət göstərir.

 

Omnitech haqqında:

Omnitech – pərakəndə satış, bank, maliyyə, “Fintek” və “HoReCa” kimi müxtəlif biznes sahələri üçün avadanlıq və proqram təminatının tətbiqi istiqamətində fəaliyyət göstərən innovativ şirkətdir. AR Dövlət Vergilər Xidməti tərəfindən 2019-cu ildən etibarən Omnitech şirkəti “E-Kassa Operatoru” statusu almışdır. Omnitech şirkəti dünya şöhrətli brend-istehsalçıları ilə əməkdaşlıq edərək onların avadanlıqlarının regionda satışını həyata keçirir.

Unibank-Sənin Bankın!

Oxşar xəbərlər
Oxşar xəbərlər

Yelo Invest-də limit sifarişi funksiyası aktiv oldu
İqtisadiyyat 15:53
Yelo Invest-də limit sifarişi funksiyası aktiv oldu
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
İqtisadiyyat 15:53
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
Geri qaytarılmayan büdcə ssudaları Təminat Fondu hesabına ödəniləcək
İqtisadiyyat 12:20
Geri qaytarılmayan büdcə ssudaları Təminat Fondu hesabına ödəniləcək
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:34
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Xəzər ölkələri yeni lokomotivə çevrilir - TƏHLİL
İqtisadiyyat 07:30
Xəzər ölkələri yeni lokomotivə çevrilir - TƏHLİL
Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
İqtisadiyyat 19:58
Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
Birbank Bahar lotereyasının qalibləri bəlli oldu
İqtisadiyyat 18:57
Birbank Bahar lotereyasının qalibləri bəlli oldu
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:00
Azərbaycan nefti ucuzlaşıb
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
İqtisadiyyat 17:10
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol