Paytaxtın abad məhəllələrindəki Novruz şənlikləri davam edir

Novruz Bayramı ənənəvi olaraq Azərbaycanın bütün güşələrində olduğu kimi Bakıda da geniş qeyd edilir. Bununla əlaqədar paytaxtın bütün rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil edilib. Bu şənliklər öz kütləviliyi ilə seçilib.
Ənənvi bayram tədbirləri Bakı şəhərinin Xətai və Yasamal rayonlarında Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllələrdə qeyd edilib.
Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazılər Bayrami yüksək sevinc hissi ilə qeyd ediblər. Bayramda Novruz atributları, milli mətbəxin və geyimlərin nümunələri nümayiş etdirilib, kəndirbazlar və pəhləvanlar öz məharətini göstərib, müğənnilər müxtəlif mahnılar səsləndirib, Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib və Bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.
Son illərdə paytaxtda 400-ə yaxın abadlaşdırılmış həyətlər yaradılaraq sakinlərin istifadəsinə verilib. Burada sakinlərin istirahəti üçün hər cür şərait vardır. Novruz ərəfəsində Abad məhəllələr bayramsayağı bəzədilib, səməni, Novruz şirniyyatları olan süfrələr açılıb, bayram abu-havası yaradılıb.
Son xəbərlər
Daha çox 