• $ 1.7
  • € 1.8431
  • ₽ 1.9726
  • ₺ 0.0463
  • £ 2.2001

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirilib

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirilib
17.03.2025 19:10

Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın səlahiyyətli orqanları tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Məmmədov Ramil Məhərrəm oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.Bu barədə Baş Prokurorluqdan bildirilib.

Bakı şəhəri Xəzər rayon prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Ramil Məmmədovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Ramil Məmmədov Gürcüstanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə bugün Azərbaycana gətirilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat təklif edir ki, iş adamları üçün ciddi vergi güzəştləri olsun
Cəmiyyət 11:29
Deputat təklif edir ki, iş adamları üçün ciddi vergi güzəştləri olsun
BDYPİ qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 11:08
BDYPİ qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib
Kəlbəcərdə yük avtomobili aşıb, 2 nəfər ölüb
Cəmiyyət 10:30
Kəlbəcərdə yük avtomobili aşıb, 2 nəfər ölüb
Bu gün ilk qədr gecəsidir
Cəmiyyət 10:06
Bu gün ilk qədr gecəsidir
Erməni əsgərin sərhəddəki təxribatının görüntüləri yayıldı - Video
Cəmiyyət 23:56
Erməni əsgərin sərhəddəki təxribatının görüntüləri yayıldı - Video
Bakıda bəzi ərazilərdə suyun verilişi dayandırılıb
Cəmiyyət 22:44
Bakıda bəzi ərazilərdə suyun verilişi dayandırılıb
Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi – MƏHKƏMƏ
Cəmiyyət 20:59
Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi – MƏHKƏMƏ
Ramazanın 18-ci gününün duası,imsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 18-ci gününün duası,imsak və iftar vaxtı
İnklüziv təşəbbüsləri dəstəkləyən “Nar” “DanceAbility” iştirakçıları ilə görüşüb
Cəmiyyət 19:43
İnklüziv təşəbbüsləri dəstəkləyən “Nar” “DanceAbility” iştirakçıları ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol