Park Bulvar və VISA-nın təşkilatçılığı ilə keçirilən lotereyanın finalına sayılı günlər qalıb

Park Bulvar və VISA-nın birgə təşkilatçılığı ilə keçirilən möhtəşəm lotereyanın final mərhələsi baş tutacaq.
“Park Bulvarda VISA ilə alış–veriş sizdən, avtomobillər və hədiyyələr bizdən!” stimullaşdırıcı lotereyasının final mərhələsi 30 mart tarixində saat 18:00-da oynanılacaq.
28 marta qədər bayram günlərində bu fürsətdən yararlanaraq, VISA kartı ilə Park Bulvarda fəaliyyət göstərən istənilən satış obyektindən 50 manatlıq alış-veriş edərək , 1 kupon qazana bilərsiniz.
Bununla da lotereyada iştirak haqqı qazanırsınız.
Qeyd edək ki, 1 dəfəyə eyni obyektdən 50 manatlıq alış veriş etmək vacib deyil.
Bazarstore supermarketi daxil, fərqli satış məntəqələrindən, müxtəlif günlərdə əldə etdiyiniz qəbzləri birləşdirərək , təqdim edə bilərsiniz.
Stimullaşdırıcı lotereyanın son tirajında qaliblərə yeni model Hyundai Tucson hibrid avtomobili və 7 ədəd Apple məhsulları hədiyyə olunacaq.
Final mərhələsinin sonunda məşhur aparıcı Kazım Sübhanın aparıcılığı ilə konsert proqramı baş tutacaq.
Konsertdə Dj və Aynaband qrupu iştirak edəcək.