• $ 1.7
  • € 1.9216
  • ₽ 0.020775
  • ₺ 0.0441
  • £ 2.2624

DİN kibercinayətkarlarla bağlı vətəndaşlara xəbərdarlıq edib

DİN kibercinayətkarlarla bağlı vətəndaşlara xəbərdarlıq edib
22.03.2025 11:46

Kiberdələduzlar öz cinayətkar niyyətlərini həyata keçirmək üçün hər ötən gün istifadə etdikləri üsulları yeniləyirlər. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) kibertalama cinayətləri ilə bağlı növbəti müraciətində bildirilib:

“Müxtəlif vasitələrlə sosial şəbəkələrdə insanların adına profillər yaradır, kiber üsullarla “Whatsapp” və “Telegram”da nömrə eyniləşməsi həyata keçirərək dələduzluq edirlər.

Sosial şəbəkə hesablarınıza və ya mobil nömrənizə dostunuz, yaxınınız və ya tanışınız hesab etdiyiniz şəxslərdən borca pul istəməsi ilə bağlı mesajlar gələ bilər. Profil şəkli, ad-soyad da eynidir. Siz də dostunuz olduğu üçün onun xahişinə yox demirsiniz, pulu göndərdiyi kart hesabına köçürürsünüz. Bir neçə dəqiqədən sonra isə zəng edib və ya yazıb “pul kartına köçdümü?” deyə soruşmaq istədikdə ya həmin səhifənin bloklandığını, ya da sizə yazan zahirən dostunuzun nömrəsinə bənzəyən nömrəyə zəng çatmadığını görürsünüz. Kontaktınızda dostunuzla həmişə əlaqə saxladığınız nömrəni tapıb danışanda isə məlum olur ki, o, sizdən borca pul istəməyib və onun heç bu məsələdən xəbəri yoxdur.

Son aylarda qeyd etdiyimiz üsulla – yəni oxşar hesablar və nömrə eyniləşdirmə yolu ilə maddi vəsaitlərinin talanması hallarının artdığı müşahidə olunmaqdadır.

Gəlin, hər zaman olduğundan daha diqqətli davranaq, zəng edibsə yazaraq, yazıbsa zəng edərək dəqiqləşdirmə aparaq, şəxsi, həmçinin kart məlumatlarımızı heç kimlə bölüşməyək”

Oxşar xəbərlər
Oxşar xəbərlər
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbulun müddəti uzadılıb
Cəmiyyət 23:30
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbulun müddəti uzadılıb
Metroda enerjinin verilişində məhdudiyyətlər aradan qaldırılıb - Yenilənib
Cəmiyyət 18:19
Metroda enerjinin verilişində məhdudiyyətlər aradan qaldırılıb - Yenilənib
Patriarx Kirill Azərbaycana gəlib
Cəmiyyət 18:02
Patriarx Kirill Azərbaycana gəlib
Sabah bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
Cəmiyyət 14:43
Sabah bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
Ağstafada iki yük maşını toqquşub, xəsarət alan var
Cəmiyyət 13:20
Ağstafada iki yük maşını toqquşub, xəsarət alan var
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:55
Sabahın hava proqnozu açıqlanıb
Xankəndidə 1300 abonentə təbii qaz verilib
Cəmiyyət 12:45
Xankəndidə 1300 abonentə təbii qaz verilib
DYP sürücülərə müraciət edib
Cəmiyyət 12:25
DYP sürücülərə müraciət edib
FHN və AZAL birgə təlim keçirib - VİDEO
Cəmiyyət 12:02
FHN və AZAL birgə təlim keçirib - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol