• $ 1.7
  • € 1.9216
  • ₽ 0.020775
  • ₺ 0.0441
  • £ 2.2624

Dünyanın ən güclü pasportları: Reytinqdə Azərbaycan neçəncidir?— SİYAHI

Dünyanın ən güclü pasportları: Reytinqdə Azərbaycan neçəncidir?— SİYAHI
22.03.2025 11:59

Dünyanın nüfuzlu “Henley Pasport İndeksi” şirkəti 2025-ci il üzrə ölkələrin pasportlarının reytinqini dərc edib.

Anews.az modern.az-a istinadən xəbər verir ki, reytinq Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının dəqiq səyahət məlumat bazasının eksklüziv məlumatlarına əsaslanır.

Pasportların reytinqi tərtib olunarkən ölkələrin vətəndaşlarının həmin sənədlə səyahət azadlığının səviyyəsi nəzərə alınıb.

Beləliklə, 2025-ci ildə dünyanın ən güclü pasportu Sinqapura məxsusdur. “Henley Pasport İndeksi”nin reytinqinə görə, Sinqapur pasportunu daşıyanlar 193 istiqamətə vizasız gedib-gələ bilərlər.

İkinci yerdə Yaponiya pasportu gəlir. Yaponlar öz pasportları ilə 190 ölkəyə vizasız daxil olmaq hüququna malikdirlər.

Üçüçncü sırada Cənubi Koreya pasportu qərarlaşıb. Onunla da 190 ölkəyə vizasız getmək mümkündür.

İlk “5-lik”də Danimarka və Finlandiya da yer alır. Hər iki ölkənin pasportu ilə 189 istiqamətə vizasız getmək olar.

Azərbaycan pasportu reytinqdə 70-ci yeri tutur. Bizim pasportla 70 istiqamətə vizasız gediş-gəliş mümkündür.

Reytinqdə qonşularımızdan Gürcüstan 45-ci (gürcülər 122 istiqamətə vizasız gediş-gəliş edə bilərlər) yeri, Emənistan isə 73-cü (ermənilər 67 istiqamətə vizasız gedə bilərlər) yeri tutur.

Siyahıda Rusiya və Türkiyə 46-cı yeri (müvafiq olaraq 115 və 114 ölkəyə vizasız gediş-gəliş) bölüşdürür, İran 94-cü yeri (42 istiqamətə vizasız gediş-gəliş) tutur.

Reytinqdə sonuncu yerlər aşağıdakı kimidir:

223. Pakistan (32 istiqamətə vizasız gediş-gəliş)
224. Yəmən (32 istiqamətə vizasız gediş-gəliş)
225. İraq (30 istiqamətə vizasız gediş-gəliş)
226. Suriya (27 istiqamətə vizasız gediş-gəliş)
227. Əfqanıstan (25 istiqamətə vizasız gediş-gəliş)

Reytinqdə 199 pasport və 227 ölkə yer alıb.

“Henley Pasport İndeksi”nin şirkəti bütün dünya pasportlarının sahiblərinin əvvəlcədən viza almadan əldə edə biləcəyi istiqamətlərin sayına görə orijinal, nüfuzlu reytinqdir

Oxşar xəbərlər
Oxşar xəbərlər
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbulun müddəti uzadılıb
Cəmiyyət 23:30
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbulun müddəti uzadılıb
Metroda enerjinin verilişində məhdudiyyətlər aradan qaldırılıb - Yenilənib
Cəmiyyət 18:19
Metroda enerjinin verilişində məhdudiyyətlər aradan qaldırılıb - Yenilənib
Patriarx Kirill Azərbaycana gəlib
Cəmiyyət 18:02
Patriarx Kirill Azərbaycana gəlib
Sabah bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
Cəmiyyət 14:43
Sabah bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
Ağstafada iki yük maşını toqquşub, xəsarət alan var
Cəmiyyət 13:20
Ağstafada iki yük maşını toqquşub, xəsarət alan var
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:55
Sabahın hava proqnozu açıqlanıb
Xankəndidə 1300 abonentə təbii qaz verilib
Cəmiyyət 12:45
Xankəndidə 1300 abonentə təbii qaz verilib
DYP sürücülərə müraciət edib
Cəmiyyət 12:25
DYP sürücülərə müraciət edib
FHN və AZAL birgə təlim keçirib - VİDEO
Cəmiyyət 12:02
FHN və AZAL birgə təlim keçirib - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol