• $ 1.7
  • € 1.9216
  • ₽ 0.020775
  • ₺ 0.0441
  • £ 2.2624

Azərbaycanda 10 min boşanmış şəxs yenidən evlənib

Azərbaycanda 10 min boşanmış şəxs yenidən evlənib
22.03.2025 14:55

 2024-cü il ərzində ölkədə 49 min 508 nikaha daxilolma və 21 min 384 boşanma halları qeydə alınıb.

Statistikaya nəzər salsaq, 2023-cü ildə 21 688, 2022-ci ildə 15 983, 2021-ci ildə 17 191, 2020-ci ildə isə 14 628 boşanma qeydə alınıb. Boşanma nisbəti 2023 və 2024-cü illərdə 2.1 səviyyəsində olub.

Onu da qeyd edək ki, əhali sayına görə ən çox boşanma nisbətinin müşahidə olunduğu rayon Naftalandır. Belə ki, bu rayonda hər 1000 nəfərə düşən boşanma nisbət 3.6-dır.

Boşanma nisbəti Qarabağ zonasında da böyükdür. Şuşada boşanma nisbəti əhalinin hər 1000 nəfərinə 3.2-dir. Xocavənddə bu göstərici 3.0,  Xocalı, Zəngilan, Qubadlıda bu nisbət 2.8, Kəlbəcərdə 2.4, Füzuli, Ağdam 2.3, Laçında isə 2.1-dir. Bundan başqa, Göygöl – 2.6, Yevlax -2.5 nisbəti ilə boşanmaların çox olduğu rayonlar hesab edilir.

Ötən il ailə həyatı qurmaq vətəndaşların heç də hamısının ilk evliliyi deyil.

Modern.az-ın Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata əsasən, 2024-cü il ərzində 5 569 kişi, 4 446 qadın boşanandan sonra yenidən nikaha daxil olub.

Bu isə ümumilikdə 10 min 15 nəfərin yenidən nikaha daxil olması deməkdir. Yəni, ötən il evlənənlərin təxminən 10 faizi yenidən nikaha daxil olanlardır

Oxşar xəbərlər
Oxşar xəbərlər
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbulun müddəti uzadılıb
Cəmiyyət 23:30
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbulun müddəti uzadılıb
Metroda enerjinin verilişində məhdudiyyətlər aradan qaldırılıb - Yenilənib
Cəmiyyət 18:19
Metroda enerjinin verilişində məhdudiyyətlər aradan qaldırılıb - Yenilənib
Patriarx Kirill Azərbaycana gəlib
Cəmiyyət 18:02
Patriarx Kirill Azərbaycana gəlib
Sabah bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
Cəmiyyət 14:43
Sabah bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
Ağstafada iki yük maşını toqquşub, xəsarət alan var
Cəmiyyət 13:20
Ağstafada iki yük maşını toqquşub, xəsarət alan var
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:55
Sabahın hava proqnozu açıqlanıb
Xankəndidə 1300 abonentə təbii qaz verilib
Cəmiyyət 12:45
Xankəndidə 1300 abonentə təbii qaz verilib
DYP sürücülərə müraciət edib
Cəmiyyət 12:25
DYP sürücülərə müraciət edib
FHN və AZAL birgə təlim keçirib - VİDEO
Cəmiyyət 12:02
FHN və AZAL birgə təlim keçirib - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol