• $ 1.7
  • € 1.9216
  • ₽ 0.020775
  • ₺ 0.0441
  • £ 2.2624

Bəzi rayonlara yağış yağır - Faktiki hava açıqlanıb

Bəzi rayonlara yağış yağır - Faktiki hava açıqlanıb
23.03.2025 12:25

Martın 23-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, ölkə ərazisinin əksər bölgələrində fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edib.

Belə ki, düşən yağıntının miqdarı Lənkəran və Astarada 15, Cəlilabadda 8, Zaqatala və Balakəndə 6, Sabirabad, Tovuz, Tərtər, Ağstafa, Lerik, Zərdab, Xocalı, Qax, Şəki, Qəbələ, Biləsuvar, Füzuli, Ceyrançöl, Şəmkir, Naftalan, Gəncə, Yardımlı, Altıağac, Quba, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, İmişli, Kürdəmir, Neftçala, İsmayıllı, Biləsuvar, Yardımlı, Ağdam, Oğuz, Qobustan, Culfa, Ordubad, Sədərək, Bərdə, Goranboy və Şahbuzda 5, Bakıda və Abşeron yarımadasında 2 mm-dir.

Kəlbəcər, Laçın, Şuşa, Daşkəsən, Gədəbəy, Göygöl, Xaltan və Qusarda (Laza) isə qar yağıb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Şahdağda 20 m/s, Goranboyda 19 m/s, Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib.

Daşkəsən, Göygöl, Xaltan, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Göyçay, Lerik, Qax, Şəki, Balakən, Zaqatalada duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 7, Naxçıvan MR-da 2 dərəcəyədək isti, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
Cəmiyyət 14:43
Sabah bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
Ağstafada iki yük maşını toqquşub, xəsarət alan var
Cəmiyyət 13:20
Ağstafada iki yük maşını toqquşub, xəsarət alan var
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:55
Sabahın hava proqnozu açıqlanıb
Xankəndidə 1300 abonentə təbii qaz verilib
Cəmiyyət 12:45
Xankəndidə 1300 abonentə təbii qaz verilib
DYP sürücülərə müraciət edib
Cəmiyyət 12:25
DYP sürücülərə müraciət edib
FHN və AZAL birgə təlim keçirib - VİDEO
Cəmiyyət 12:02
FHN və AZAL birgə təlim keçirib - VİDEO
DİN - dən kiberdələduzluqla bağlı əhaliyə müraciət
Cəmiyyət 11:04
DİN - dən kiberdələduzluqla bağlı əhaliyə müraciət
Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 10:23
Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıdıb
Cəmiyyət 10:00
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıdıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol