• $ 1.7
  • € 1.9216
  • ₽ 0.020775
  • ₺ 0.0441
  • £ 2.2624

Şagird sinif yoldaşına stul atıb, müəllim hadisəni gizlədib- Səs yazısı

Şagird sinif yoldaşına stul atıb, müəllim hadisəni gizlədib- Səs yazısı
23.03.2025 12:34

İsmayıllı şəhər İsrayıl Həsənov adına 1 saylı tam orta məktəbdə şagirdlər arasında insident yaşanıb.

Anews.az “Unikal”a istinadən xəbər verir ki, insident mart ayının 13-də baş verib.

Belə ki, sözügedən tarixdə məktəbin 8A sinif şagirdi Nihad Qədirov sinif yoldaşı Adəm Məlikovun üzərinə stul atıb. Stulun dəmir hissəsi Adəmin əlini yaralayıb. Həmin şagirdlərin oxuduğu sinfin rəhbəri, eyni zamanda məktəbin ingilis dili müəllimi olan Gülnarə Qasımova hadisəni görsə də, uşaqlara tapşırıq verib ki, bu məsələni heç kim bilməsin. Sinif rəhbəri bu barədə Adəmin valideyninə və tibbi yardım göstərilməsi üçün təcili yardıma məlumat verməyib. Adəm isə məktəbdə olarkən xeyli qan itirib. 

Hadisədən 2 saat sonra sinif rəhbəri şagirdləri evə yollayıb. Daha sonra o, valideynlərin olduğu vatsap qrupuna hədə-qorxu dolu mesajlar yazıb. G.Qasımova göndərdiyi səs yazısında valideynlərin bu məsələni gizlətməli olduqlarını deyib. Xəsarət alan şagirdə isə bildirib ki, bu barədə kimsə ondan soruşsa, sürüşüb yıxıldığını desin.

Məktəbin direktoru Gündüz Qədirov açıqlamasında bildirib ki, 8A sinfinin rəhbəri Gülnarə Qasımova sözügedən hadisə ilə bağlı ona məlumat verərkən Adəm Məlikovun tənəffüs zamanı yıxılaraq xəsarət aldığını deyib

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
Cəmiyyət 14:43
Sabah bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
Ağstafada iki yük maşını toqquşub, xəsarət alan var
Cəmiyyət 13:20
Ağstafada iki yük maşını toqquşub, xəsarət alan var
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:55
Sabahın hava proqnozu açıqlanıb
Xankəndidə 1300 abonentə təbii qaz verilib
Cəmiyyət 12:45
Xankəndidə 1300 abonentə təbii qaz verilib
DYP sürücülərə müraciət edib
Cəmiyyət 12:25
DYP sürücülərə müraciət edib
FHN və AZAL birgə təlim keçirib - VİDEO
Cəmiyyət 12:02
FHN və AZAL birgə təlim keçirib - VİDEO
DİN - dən kiberdələduzluqla bağlı əhaliyə müraciət
Cəmiyyət 11:04
DİN - dən kiberdələduzluqla bağlı əhaliyə müraciət
Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 10:23
Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıdıb
Cəmiyyət 10:00
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıdıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol