Milli bayram olan Novruz şərq xalqlarında necə qeyd olunur? - Araşdırma

Novruz bayramı şərq xalqarının qeyd etdiyi və 2009-cu ildən YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilən milli bayramdır.
Azərbaycanda Novruz bayramı həm də yazın gəlişi kimi qəbul olunur. 2025-ci il martın 20-də Azərbaycana yaz fəsli daxil olub.
Novruz bayramının mənası "yeni gün" deməkdir. Bu bayramda təbiətin yenilənməsi və əkinçilik dövrünün başlanması kimi də qeyd edilir.
Bu bayramı qeyd edilməsi martın 20 və ya 21-nə təsadüf edir. Fərqli ölkələrdə tarix bir və ya iki gün dəyişə bilər, çünki bəzi bölgələr ay və ya astronomik təqvimlə idarə olunur, digərləri isə qeyd etməyi Günəşin Qoç bürcünə girdiyi anla əlaqələndirirlər.
Novruz eramızdan əvvəl 550-330-cu illərdə mövcud olmuş Birinci Fars İmperiyasında zərdüştiliyin dini bayramı kimi rəsmi olaraq qeyd olunurdu. Tədricən bayram Fars hüdudlarından kənara çıxıb və yeni mədəni xüsusiyyətlər qazanıb.
Hazırda Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistan , Türkmənistan, Albaniya , Qırğızıstan , Makedoniya , Türkiyə , Qazaxıstan və bir sıra digər ərazilərdə bu bayram qeyd olunur.
Novruzda qonaqlara və qonşulara səxavətlə yanaşmaq və qonaqpərvərlik göstərmək adətdir. Bayram süfrəsi bolluq, qarşılıqlı hörmət və insanların birliyi ideyasını ifadə edir.
Hər yerdə ziyafətlərlə yanaşı, musiqi və rəqs tamaşaları, el şənlikləri də keçirilir. Ustalar yarmarkalarda dulusçuluq, boyalı xalçalar və digər xalq sənəti nümunələrini satırlar. Bu gündə insanlar həyat sevincini, ünsiyyətin istiliyini və məhsuldar gələcəyə ümidini bir-biri ilə bölüşməyə çalışırlar.
Novruz bayramı müxtəlif ölkələrdə öz adətləri ilə qeyd olunur.
Azərbaycanda: bu bayramın keçmiş tarixi var. Wikipediyada qeyd olunur ki, bu bayram müxtəlif dövlərdə ləğvolunma riskləri ilə də qarşılaşıb. Amma buna baxmayaraq bu bayramı davam etdirkmək və adətləri yaşatmaq mümkün olub. Adətlərə görə bu bayramda küsülülər barışır. İnsanlar əvvəlcədən evlərində təmizlik işləri aparırlar. Bununla yanaşı bayrama özəl olaraq paxlava,qoğal, şəkərbura və başqa şirniyyatlar hazırlanır. Eyni zamanda tonqal yandırmaq bayramın əsas adətlərindən sayılır. Bir çox oyunlar var ki, bu bayramın əsas atributlarından sayılır. Məsələn, halay, keçəl, bənövşə, haxışta, cıdır, ənzəli, Kos-kosa, yumurta döyüşdürmə, qurşaqtutma, papaqatdı və baharbəndi qeyd etmək olar.
Tacikistanda: Bu bayram öncəsi evlərini səliyəqə salırlar. Tacik ailələrində süfrədə əsas atribut sumalak sayılır. Sumalak cücərmiş taxıllardan hazırlanmış, bütün gecəni böyük qruplar tərəfindən bişirilən xüsusi sıyıqdır.
Özbəkistanda: Bu bayramda daha çox milli yeməklər hazırlanır. Bura müxtəlif plovlar və şirniyyatları aid etmək olar. Tacikstanda olduğu kimi Özbəkistanda da sumalar bayramın əsas yeməklərindəndir. Sumalak bayram günü bişirilərək qonşu və qohumlara paylanılır. Özbəsitanda bayram münasibətilə yarımarkalar keçirilir.
Əfqanıstanda: Bəzi adətlərə görə köhnə əşyalar yenisi ilə əvəzlənir. Eyni zamanda quru meyvələr, qoz-fındıq, müxtəlif ədviyyatlar və bal içliklərindən ibarət simvolik soyuq şorba və ya kompot hazırlamaq ənənəsi mövcuddur. Bəzi ailələrdə axşamdan səhərə kimi xüsusi bayram xörəkləri hazırlanır və gün ərzində qonaqlara təqdim olunur.
Qazaxıstanda: Bu bayram tez-tez Nauryz meiramy adlanır. Bayram şənlikləri ərəfəsində il ərzində fikir ayrılığı olan şəxslərlə barışmaq, eləcə də yardımçı tikililərin təmiri, həyətlərin, bağların səliqə-sahmana salınması vacibdir. Böyük şənlik süfrəsi olan dastaxan açılır. Süfrəyə baursaklar (yağda qızardılmış un topları), kımız, plov və digər yeməklər verilir. Şəhər və kənd sakinləri suvenirlər mübadiləsi aparır, bir-birini baharı birgə qeyd etmək üçün ziyarətə dəvət edirlər.
Türkiyədə: Novruz dövlət bayramı sayılmasa da yazın gəlişi qeyd edilir. Bu il ilk dəfə ölkədə prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə tonqal yandırılıb. Prezident bildirib ki, ölkədə Novruz bayramının rəsmi şəkildə kimi qeyd olunması nəzərdə tutulur. Buna qədər Türkiyədə bu bayram kürd əhali arasında təntənəli şəkildə qeyd olunurdu.
Novruz bayramı münasibətilə bir çox ölkə prezidentləri Prezident İlham Əliyevə təbrik məktubları ünvanlayıblar.
İstiqamət: 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və
mədəniyyətinin təbliği;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 