• $ 1.7
  • € 1.9272
  • ₽ 0.020463
  • ₺ 0.0442
  • £ 2.2589

ABŞ-nin rüsumları 100 min kanadalıya problemlər yarada bilər



ABŞ-nin rüsumları 100 min kanadalıya problemlər yarada bilər
26.03.2025 16:57

ABŞ Prezidenti Donald Trampın Kanadadan daxil olan məhsullara tətbiq etdiyi rüsumlar metallurgiya müəssisələrində işləyən 100 min kanadalıya təsir edib.

 Bu barədə “Reuters”ə “United Steelworkers” Həmkarlar İttifaqının Kanadadakı şöbəsinin direktoru Marti Uorren bildirib.

Onun sözlərinə görə, rüsumlar artıq bu sahədə iki yüz işçinin ixtisarına səbəb olub.

"İşini itirən və ya ixtisara düşən hər bir şəxs Kanadaya ciddi zərbədir. Aprelin 2-də rüsumların tətbiqi, ehtimal ki, 100 min üzvümüzə təsir edəcək", - Uorren qeyd edib.

Həmkarlar İttifaqında ümumilikdə 225 mindən çox kanadalı var. Agentlik xatırladır ki, Kanada ABŞ bazarına ən böyük polad tədarükçüsüdür.

Martda ABŞ Meksika və Kanadadan idxal olunan mallara 25 % rüsum tətbiq edib. Vaşinqton bu tədbirləri qeyri-qanuni miqrasiya və narkotik ticarətinə qarşı mübarizə ilə izah edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İspaniyada fövqəladə vəziyyət elan edilib - Yenilənib
Dünya 23:23
İspaniyada fövqəladə vəziyyət elan edilib - Yenilənib
İsrail HƏMAS-ın 5 illik atəşkəs təklifini rədd edib
Dünya 22:30
İsrail HƏMAS-ın 5 illik atəşkəs təklifini rədd edib
Kavelaşvili İrəvana səfər edib
Dünya 20:16
Kavelaşvili İrəvana səfər edib
Pakistan Hindistana xəbərdarlıq edib
Dünya 20:15
Pakistan Hindistana xəbərdarlıq edib
Avropanın 4 ölkəsi işıqsız qalıb
Dünya 16:11
Avropanın 4 ölkəsi işıqsız qalıb
Mayın 7-də yeni Papa seçiləcək
Dünya 15:38
Mayın 7-də yeni Papa seçiləcək
Netanyahu mayın 8-də Bakıya səfər edə bilər
Dünya 14:22
Netanyahu mayın 8-də Bakıya səfər edə bilər
Türkiyədə olan miqrantların sayı açıqlanıb
Dünya 13:23
Türkiyədə olan miqrantların sayı açıqlanıb
Türkiyə Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırır
Dünya 10:32
Türkiyə Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol