• $ 1.7
  • € 1.9328
  • ₽ 2.0703
  • ₺ 0.0447
  • £ 2.2559

Ermənistanda seçkiöncəsi kütləvi həbslər başlayıb

Ermənistanda seçkiöncəsi kütləvi həbslər başlayıb
27.03.2025 22:13

Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi tərəfindən seçki rüşvətxorluğu, habelə seçki zamanı xeyriyyəçilik qadağasının pozulması ilə bağlı faktlar üzrə qaldırılan cinayət işi çərçivəsində Gümrü Ağsaqqallar Şurasına növbədənkənar seçkilərdə namizədliyi irəli sürülmüş siyasi qüvvələrin nümayəndələri və tərəfdarları da daxil olmaqla 8 nəfər barəsində cinayət işi başlanıb.Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, həbslər seçki rüşvətxorluğu, qrup şəklində seçki rüşvətxorluğunun hazırlanması, seçkilər zamanı xeyriyyəçilik qadağasının pozulması ittihamı üzrə aparılıb. İlkin araşdırma zamanı Gümrü Ağsaqqallar Şurasına növbədənkənar seçkilərdə namizəd irəli sürən iki partiyanın ofislərində və bir sıra şəxslərin mənzillərində axtarış aparılıb, nəticədə iş üçün vacib olan sənədlər, o cümlədən vətəndaşların pasport məlumatları və əlyazma qeydləri olan siyahılar aşkarlanıb.

Saxlanılanlardan üçü yuxarıda göstərilən cinayət əməllərini etiraf edib və ibtidai istintaq orqanına kömək edib.

Daha əvvəl məlumat verilib ki, Ermənistanda “Ana Ermənistan” müxalifət blokunun 12 tərəfdarı saxlanılıb. Blokun saxlanılan fəallarından olan Emmaq Qriqoryan azad edilib. Ermənistan Daxili İşlər Nazirliyinin Kriminal Polisi və Milli Təhlükəsizlik Xidmətinin məlumatlarına görə, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi seçki rüşvətinin verilməsi və alınması, habelə seçkilər zamanı xeyriyyəçiliklə bağlı qadağanın pozulması faktları üzrə cinayət işləri başlayıb.

Komitə bildirib ki, seçiciyə Gümrü Ağsaqqallar Şurasına növbədənkənar seçkilərdə namizədliyi irəli sürülmüş partiyaya səs vermək şərti ilə rüşvət təklif edilib. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Londonda Ukrayna ilə bağlı görüşün tarixini açıqlayıb
Dünya 23:36
Zelenski Londonda Ukrayna ilə bağlı görüşün tarixini açıqlayıb
ABŞ-də təyyarə alovlandı, sərnişinlər təxliyə edildi- Video
Dünya 21:01
ABŞ-də təyyarə alovlandı, sərnişinlər təxliyə edildi- Video
Tramp və Netanyahu İranı müzakirə edəcək
Dünya 20:23
Tramp və Netanyahu İranı müzakirə edəcək
Sabah Britaniyada Ukrayna üzrə danışıqların növbəti mərhələsi keçiriləcək
Dünya 19:32
Sabah Britaniyada Ukrayna üzrə danışıqların növbəti mərhələsi keçiriləcək
Papa ilə vida mərasimi bu tarixədək keçirilə bilər
Dünya 18:48
Papa ilə vida mərasimi bu tarixədək keçirilə bilər
Mask ABŞ hökumətindəki işini tərk etmək istəyir
Dünya 16:37
Mask ABŞ hökumətindəki işini tərk etmək istəyir
Kanada Aİ-yə üzv ola bilər
Dünya 13:18
Kanada Aİ-yə üzv ola bilər
Kriptovalyutanın son göstəriciləri açıqlanıb
Dünya 12:36
Kriptovalyutanın son göstəriciləri açıqlanıb
Roma papası vəfat edib
Dünya 11:59
Roma papası vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol