• $ 1.7
  • € 1.8896
  • ₽ 0.020988
  • ₺ 0.0438
  • £ 2.2441

Prezident: Qlobal Cənubun bir hissəsi kimi həmişə onun maraqlarını müdafiə etmişik

Prezident: Qlobal Cənubun bir hissəsi kimi həmişə onun maraqlarını müdafiə etmişik
21.04.2025 21:37

Ötən il Astanada Azərbaycan ÇXR-in Sədri Si Cinpin ilə bəşəriyyətin ortaq taleyi cəmiyyətinin yaradılmasına kömək etmək səylərini bəyan edib.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində deyib.

"Biz sülh, inkişaf, bərabər hüquqlar, ədalət, demokratiya və azadlıq uğrunda, həmçinin hegemoniyaya və güc siyasətinə qarşı bəşəriyyətin ümumi dəyərlərinin təşviqi istiqamətində çıxış etdik. Bizim tərəfimizdən BMT-nin himayəsi altında beynəlxalq sistemin birgə dəstəklənməsi onun beynəlxalq məsələlərdə rolu, həqiqi çoxtərəflilik mövqeyi, həmçinin BMT Nizamnaməsi əsasında beynəlxalq hüquq, məqsəd və prinsiplərə əsaslanan dünya nizamının birgə dəstəklənməsi əzmi ifadə olundu", - dövlət başçısı əlavə edib.

"Mən artıq dedim ki, Qlobal Cənubun bir hissəsi kimi, biz həmişə onun maraqlarını müdafiə etmişik. Azərbaycan 2019-2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri olub. Planetin əhalisinin 80 faizi, dünya ÜDM-inin təxminən 50 faizi və məcmu beynəlxalq ticarət həcminin təqribən yarısı bu təşkilatın payına düşür. Qlobal Cənubun daha dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamı qurulmasında iştirakı təbii prosesdir", - Prezident İlham Əliyev vurğulayıb

Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistandan Azərbaycana təşəkkür fləş-mobu
Siyasət 21:16
Pakistandan Azərbaycana təşəkkür fləş-mobu
Pakistanın Baş naziri Azərbaycana minnətdarlıq edib
Siyasət 20:05
Pakistanın Baş naziri Azərbaycana minnətdarlıq edib
Prezident Tural Piriyevi yenidən sədr seçib - Sərəncam
Siyasət 14:08
Prezident Tural Piriyevi yenidən sədr seçib - Sərəncam
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Siyasət 13:29
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Ermənistan və Azərbaycan İbrahim sazişinə qoşula bilər -Stiv Uitkoff
Siyasət 13:24
Ermənistan və Azərbaycan İbrahim sazişinə qoşula bilər -Stiv Uitkoff
Prezident Paraqvayın Prezidentini təbrik edib
Siyasət 11:20
Prezident Paraqvayın Prezidentini təbrik edib
Azərbaycana səfirin seçilməsi prosesi son mərhələdədir-İran XİN
Siyasət 10:43
Azərbaycana səfirin seçilməsi prosesi son mərhələdədir-İran XİN
Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
Siyasət 08:36
Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
Prezidentdən yeni təyinat - Sərəncam
Siyasət 17:06
Prezidentdən yeni təyinat - Sərəncam
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol