ABŞ-da Qəzza ilə bağlı mitinqlərdə iştirak etmiş 300-dən çox tələbənin vizası ləğv edilib
ABŞ Dövlət Departamenti Qəzza ilə bağlı mitinqlərdə iştirak etmiş 300-dən çox tələbənin vizasını ləğv edib.Bu barədə ABŞ Dövlət Katibi Marko Rubio bildirib.
“Məncə hazırda onların sayı 300-dən çoxdur. Biz bunu hər gün edirik. Mən hər gün bu lunatiklərdən birini tapdığım zaman vizasını ləğv edirəm”, - Rubio deyib.
ABŞ dövlət katibi qeyd edib ki, Vaşinqton “universtitetlərdə vandallıq, tələbələrə qarşı zorakılıq, binaları ələ keçirmə” kimi fəaliyyətlərdə iştirak edən tələbələrə verilmiş istənilən vizanı ləğv edəcək.
Son xəbərlər
Daha çox