• $ 1.7
  • € 1.9334
  • ₽ 0.020684
  • ₺ 0.0442
  • £ 2.2762

Apreldə hava necə olacaq?

Apreldə hava necə olacaq?
31.03.2025 16:00

Respublika ərazisi üçün aprel ayına olan hava proqnozu açıqlanıb.Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Aprel ayı ilin soyuq dövrünün sonu, isti dövrünün başlandığı ay kimi xarakterizə olunur. Buna görə də aprel ayında ölkə ərazisində dəyişkən hava şəraiti müşahidə olunur.

Aprel ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə +1 dərəcədən +2 dərəcəyədək yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının isə iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Aprel ayının ilk günlərində ölkə ərazisində hava şəraiti əsasən yağmursuz, lakin bəzi şimal və qərb rayonlarında hava şəraitinin yağıntılı olacağı, şimşək çaxacağı, şimal-qərb küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun +11 dərəcədən +13 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu +8 dərəcədən +13 dərəcəyədək, gündüzlər +15dərəcədən +20 dərəcəyədək, bəzi günlərdə +25 dərəcədən +30 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 23-33 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu +12 dərəcədən +15 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və +1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu +7 dərəcədən +12 dərəcəyədək, gündüzlər +15 dərəcədən +20 dərəcəyədək, bəzi günlərdə +27 dərəcədən +32 dərəcəyədək, aylıq yağıntının miqdarının isə iqlim normasına yaxın olacağı gözlənilir (norma 34-59 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun +8 dərəcədən +12 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu +5 dərəcədən +10 dərəcəyədək, bəzi günlərdə -5 dərəcəyədək, gündüzlər +12 dərəcədən +17 dərəcəyədək, bəzi günlərdə +23 dərəcədən +28 dərəcəyədək olacağı ehtimal olunur. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 49-83 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun +10 dərəcədən +14 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu +5 dərəcədən +10 dərəcəyədək, bəzi günlərdə -5 dərəcəyədək, gündüzlər +13 dərəcədən +18 dərəcəyədək, bəzi günlərdə +22 dərəcədən +27 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 46-64 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun +12 dərəcədən +14 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu +8 dərəcədən +13 dərəcəyədək, gündüzlər +15 dərəcədən +20 dərəcəyədək, bəzi günlərdə +25 dərəcədən +30 dərəcəyədək olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 31-54 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun +9 dərəcədən +13 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu +7 dərəcədən +12 dərəcəyədək, dağlarda -2 dərəcədən -7 dərəcəyədək, gündüzlər +12 dərəcədən +17 dərəcəyədək, bəzi günlərdə +23 dərəcədən +28 dərəcəyədək, dağlarda +2 dərəcədən +7 dərəcəyədək, bəzi günlərdə +15 dərəcədən +20 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 29-126 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun +13 dərəcədən +16 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və +1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu +9 dərəcədən +14 dərəcəyədək, gündüzlər +19 dərəcədən +24 dərəcəyədək, bəzi günlərdə +27 dərəcədən +32 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 30-49 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun +9 dərəcədən +14 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu +8 dərəcədən +13 dərəcəyədək, dağlarda -0 dərəcədən -2 dərəcəyədək, gündüzlər +13 dərəcədən +18 dərəcəyədək, bəzi günlərdə +22 dərəcədən +27 dərəcəyədək, dağlarda +6 dərəcədən +11 dərəcəyədək olacağı, aylıq yağıntının miqdarının isə iqlim normasına yaxın olacağı gözlənilir (norma 41-72 mm).

Oxşar xəbərlər
Oxşar xəbərlər
ADY bu xətt üzrə əlavə qatar reysləri təyin edib
Cəmiyyət 18:57
ADY bu xətt üzrə əlavə qatar reysləri təyin edib
AZAL Füzuli istiqamətində aviabiletlərin alışı qaydalarını dəyişib
Cəmiyyət 18:03
AZAL Füzuli istiqamətində aviabiletlərin alışı qaydalarını dəyişib
Unibank və AYİB tərəfdaşlığı yenidən başlayır: Azərbaycanda KOB-lara 10 milyon
ABŞ dolları məbləğində dəstək
Cəmiyyət 17:57
Unibank və AYİB tərəfdaşlığı yenidən başlayır: Azərbaycanda KOB-lara 10 milyon ABŞ dolları məbləğində dəstək
İki sahibkar arasında armatur müharibəsi, məhkəmə ortada qalıb - ŞİKAYƏT
Cəmiyyət 17:40
İki sahibkar arasında armatur müharibəsi, məhkəmə ortada qalıb - ŞİKAYƏT
Sabah Bakının iki rayonunda qaz olmayacaq
Cəmiyyət 17:38
Sabah Bakının iki rayonunda qaz olmayacaq
“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi
Cəmiyyət 17:24
“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi
Bəzi rayonlara yağış yağacaq - Xəbərdarlıq
Cəmiyyət 17:21
Bəzi rayonlara yağış yağacaq - Xəbərdarlıq
TV-lərdə yaş məhdudiyyəti unudulur: uşaqlar təhlükədə- ARAŞDIRMA
Cəmiyyət 16:39
TV-lərdə yaş məhdudiyyəti unudulur: uşaqlar təhlükədə- ARAŞDIRMA
Daha 6 məktəbdə I sinifə qəbul üzrə müsabiqə mərhələsi ləğv edilə bilər
Cəmiyyət 14:48
Daha 6 məktəbdə I sinifə qəbul üzrə müsabiqə mərhələsi ləğv edilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol