• $ 1.7
  • € 1.9044
  • ₽ 0.02125
  • ₺ 0.0438
  • £ 2.264

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi
01.05.2025 17:24

Sərfəli təklifləri və regionlara diqqəti ilə seçilən “Nar” Gəncə şəhərində yerləşən
Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələri üçün təlimlər təşkil edib.
Bu təşəbbüs tələbələrin peşəkar bacarıqlarını inkişaf etdirmək və onların iş bazarına
hazırlığını artırmaq məqsədini daşıyır.

Təlimlərdə mobil rabitənin əsasları ilə bərabər əmək bazarında təcrübə qazanmaq,
eləcə də, uğurlu karyera hədəflərinin seçilməsi istiqamətində faydalı biliklər təqdim
edildi.

Bundan başqa, universitetin nəzdindəki Nar Laboratoriyasının avadanlıqlarının
təqdimatı və işləmə prinsipləri ilə tanışlıq məqsədilə, universitetin müəllim
heyətinə xüsusi təlim keçirildi. Bu təlim sayəsində tələbələr mobil rabitə
şəbəkəsini təhsil aldıqları müddətdə öz müəllimlərindən öyrənə biləcək və
təhsillərini təcrübəli kadr kimi başa vuracaqlar.
Təlimlər “Nar”ın Korporativ Sosial Məsuliyyət strategiyasının təhsil istiqaməti üzrə
və Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
“Nar”ın məqsədi universitetin tələbələrini əsl peşəkar kimi yetişdirərək
Azərbaycanın əmək bazarı üçün mütəxəssis hazırlamaq və ölkənin mobil rabitə
sahəsinin inkişafına töhfə verməkdir.


“Nar”ın həyata keçirdiyi təhsilyönümlü sosial layihələr haqqında ətraflı məlumatı
operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.


“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri
göstərməkdədir. “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider
mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq
qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
AAF sürət avtomobillərinin sərgisini təşkil edib
Cəmiyyət 21:06
AAF sürət avtomobillərinin sərgisini təşkil edib
Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ
Cəmiyyət 18:30
Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 16:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:32
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 14:57
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Sabahın hava proqnozu
Cəmiyyət 13:00
Sabahın hava proqnozu
Şabranda minik və yük avtomobili toqquşub, iki nəfər ölüb
Cəmiyyət 12:00
Şabranda minik və yük avtomobili toqquşub, iki nəfər ölüb
Bakıda çay evində yanğın olub
Cəmiyyət 11:55
Bakıda çay evində yanğın olub
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Cəmiyyət 09:00
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol