• $ 1.7
  • € 1.9345
  • ₽ 0.020578
  • ₺ 0.0442
  • £ 2.2777

Azərbaycanda bunkerlərə ehtiyac varmı?

Azərbaycanda bunkerlərə ehtiyac varmı?
03.04.2025 16:51

İsveç nüvə bunkerlərini hazır vəziyyətə gətirib. Bu barədə Daily Mail nəşri yazıb. 

Nəşrin məlumatına görə,  64 000 sığınacaq artıq müdafiə olunmaq üçün hazırdır və Üçüncü Dünya Müharibəsi baş verdiyi təqdirdə ölkə vətəndaşları üçün sığınacaqlarda bütün şərait yaradılıb. 

Bəs dünyada baş verən siyasi proseslərin gərginləşməsi fonunda Azərbaycanin belə bunkerlərə ehtiyacı ola bilərmi? 

Məsələ ilə bağlı Milli Məclisin deputatı Aqil Abbas bildirir ki,  Azərbaycanda bunkerlərə ehtiyac yoxdur.

"Əvvələr bunkerler var idi. Amma sonradan çayxana,  gecə klublarına  çevirdilər.  Bakıda 4 milyon əhali var. Bu qədər əhali üçün bunker tikmək münkün deyil. Bizim metrolarımız var. O da bunker sayılır. 20 stansiyanı sığınacaq kimi istifadə edə bilərik. Bəzi evlərin altında da sığınacaqlar var. Maşın dayanacaqları da bunker sayılır.  Hökümət məndən, səndən ağıllıdır. Lazım olsa tikər", - deputat vurğulayıb.

Millət  vəkili  Elman Məmmədovun fikrincə,  bunkerlər Azərbaycanda Sovet dövründə mövcud idi.

"Bunkerlər əvvəllər hər yerdə olmasa da, müəyyən yerlərdə var idi. Mülki müdəfiə qurğuları vasitəsilə yaradılırdı və saxlanılırdı. O dövrdə müxtəlif binaların zirzəmiləri sığınacaq kimi istifadə olunurdu. Buna da vaxt aşırı nəzarət olunurdu. Azərbaycan üçün bunkerlər lazımdır", - deputat bildirib.

Hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, bunker məsələsi zarafata salınmamalı, ya da qeyri ciddi  yanaşmaya çevrilməməlidir.

"Nə qədər ki, dövlət  və insanlar var hər şey olmalıdır. Biz bunu zarafata, ya da qeyri-ciddi  yanaşmaya çevirməməliyik. İnsanlar hər şeyə hazır olmalıdırlar.  Sadəcə indi pula həris insanlar, Azərbaycanı "bostan" kimi görürlər və  buna məhəl qoymurlar. Hadisə olan təqdirdə Azərbaycanı təyyarə ilə çox asanlıqla tərk edib gedə biləcəklər. Bəs əhali neyləsin? Bunkerlər qida, su, tibbi ləvazimatlarla təmin olunmalıdır. sabah təhlükə olarsa restoranlar insanları xilas edə bilməyəcək. Fövqəladə Hallar Nazirliyi ilə Bakı Şəhər  İcra Hakimiyyəti birgə bu işi həyata keçirməlidir.   Metronu sığınacaq hesab etmək olmaz. Bakının əhalisinin sayı hamıya məlumdur. Nəzərə alsaq ki, region əhalisi də  Bakıya köçüb sıxlıq səbəbindən  metroda  bir-bizimizi qıracıyıq. Metro bizim məzarlığımız ola bilər.",- ekspert vurğulayıb.

Ötən il Azərbaycanda şüa avadanlığı kompleksinin yerləşdirilməsi üçün bir mərtəbəli xüsusi bunker və köməkçi otaqların tikiləcəyi açıqlanıb.  Mərkəz sözügedən işlərin icrasının 3 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Dünyadakı ilk universal bunker London metrosu hesab olunur.

Bunkerlər insanları partlayışlardan, radiasiyadan və kimyəvi silahlardan qorumaq üçün nəzərdə tutulub.

İstiqamət: 6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Onlar Milli Məclisə gələndə çətin suallarla üz-üzə qalacaq - Deputat
Cəmiyyət 11:30
Onlar Milli Məclisə gələndə çətin suallarla üz-üzə qalacaq - Deputat
Birinci siniflərə şagird qəbulu başlayıb - YENİLƏNİB
Cəmiyyət 11:00
Birinci siniflərə şagird qəbulu başlayıb - YENİLƏNİB
Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək
Cəmiyyət 10:52
Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək
Bakıda İran Bankı yenidən fəaliyyətə başlayıb
Cəmiyyət 10:13
Bakıda İran Bankı yenidən fəaliyyətə başlayıb
Ağcabədidə yol qəzası olub, ölənlər var
Cəmiyyət 23:35
Ağcabədidə yol qəzası olub, ölənlər var
İsrail meşə yanğınlarının söndürülməsində Azərbaycandan kömək istəyib
Cəmiyyət 23:08
İsrail meşə yanğınlarının söndürülməsində Azərbaycandan kömək istəyib
Rafiz İsmayılov vəfat edib
Cəmiyyət 22:28
Rafiz İsmayılov vəfat edib
Prezident yük maşınını idarə etdi – Video
Cəmiyyət 22:18
Prezident yük maşınını idarə etdi – Video
Bakı-Tbilisi sərnişin qatarının fəaliyyəti bərpa ediləcək - Tarix açıqlandı
Cəmiyyət 21:56
Bakı-Tbilisi sərnişin qatarının fəaliyyəti bərpa ediləcək - Tarix açıqlandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol